Accessibility links

Ban Ki Mun Obamanın iqlim dəyişikliyinə dair təşəbbüslərinə yüksək qiymət verib


BMT-nin Baş katibi Ban Ki Mun Amerika elektrik stansiyalarının karbon tullantılarının kəskin azaldılması planına görə ABŞ prezidenti Barak Obamadan razılığını ifadə edib.

Ağ Evdə cənab Obama ilə görüşən BMT Baş katibi deyib ki, o, iqlim dəyişikliyi məsələsində prezident Obamanın hakimiyyətə gəldiyi gündən indiyə qədər üzərinə götürdüyü öhdəliyə sadiqliyini yüksək qiymətləndirir.

Liderlər iqlim dəyişikliyi ilə yanaşı, Suriya, Yəmən, Liviya və Cənubi Sudanda qlobal böhranlar kimi bir sıra məsələləri müzakirə etdiklərini bildiriblər.

Liderlərin görüşü onların hər ikisinin də iki sosial təşəbbüs irəli sürdükləri vaxt baş tutur.

Prezident Obama 2030-cu ilədək ABŞ zavodlarının karbon tullantılarının azaldılması planı ilə çıxış edib.

Ban Ki Mun isə BMT-yə üzv 193 ölkə ilə yoxsulluğa son qoyulması, gender bərabərliyinin təmin edilməsi və 2030-cu ilədək iqlim dəyişikliyi ilə mübarizəyə dair razılıq əldə edilməsinə çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG