Accessibility links

BMT baş katibi Suriyada zorakılıqları pisləyib


BMT baş katibi Ban Ki Mun Suriya hökumətini və üsyançı qrupları böhranı danışıqlar yolu ilə deyil, zorakılıqlar yolu ilə davam etdiklərinə görə qınayıb. BMT İnsan Haqları Şurasının Cenevrəda keçirilən yığıncağının açılışında çıxış edən cənab Ban eləcə də Suriyadakı böhrana son qoymaq üçün vahid mövqe tutmadığına görə BMT Təhlükəsizlik Şurasını tənbeh edib.

Nümayəndə heyəti qarşısında çıxışı zamanı cənab Ban Suriyada hökumət qüvvələrinin mülki vətəndaşların yaşadığı əraziləri bombardman etməsindən narahatlığını bildirib. O, təriqətlərarası münasibətlərin getdikcə gərginləşməsindən və humanitar vəziyyətin pisləşməsindən dərin narahatlığını ifadə edib.

Cənab Ban tərəfləri Ərəb Liqasının Suriya üzrə yeni elçisi Laxdar Brahiminin səylərni dəstəkləməyə çağırıb.
XS
SM
MD
LG