Accessibility links

Ban Ki Mun Şimali Koreyaya səfər edir


BMT-nin baş katibi Ban Kimun Şimal və Cənubi Koreyaları bir-birindən ayıran qeyri-hərbi zonada yerləşən müəssisəyə səfər edəcəyini planlaşdırıb.

Ban Ki Munun Kaesonq sənaye müəssisəsinə planlaşdırdığı səfəri 20 il ərzində BMT baş katibinin Şimali Koreyaya ilk səfəridir.

Cənubi Koreyanın İnçeon şəhərində keçirilən konfransda səfərini elan edən cənab Ban deyib ki, bu obyekt hər iki tərəf üçün uğur rəmzidir.

Baş katib Kaesonqa səfəri zamanı şimali koreyalı işçilər və cənubi koreyalı biznesmenlərlə görüşəcək. Bu obyektdə 120 Cənubi Koreya zavodunda 53 mindən çox şimali koreyalı işləyir.

Müəssisə 2004-cü ildən bəri fəaliyyət göstərir və Şimali və Cənubi Koreyalar arasında az sayda əməkdaşlıq edən müəssisələrdən biri hesab edilir.

XS
SM
MD
LG