BMT-nin baş katibi Pan Gi Mun BMT Sivilizasiyalararası Alyansının bu il aprelin 25-27-də Bakıda təşkil olunacaq 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya səfər edəcək. Onun proqramının təsdiq olunması üçün Bakıya xüsusi nümayəndə heyəti gələcək.
Bu barədə Trend agentliyi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə istinadən məlumat yayıb.
Nazir qeyd edib: "Biz bu səfəri gözləyirik. BMT-nin baş katibi ölkəmizə xüsusi proqramla səfər edəcək".
Ə.Qarayev hesab edir ki, Pan Gi Munun Azərbaycana səfəri ölkəmizin xarici siyasətində əlamətdar hadisəyə çevriləcək.