Accessibility links

Banco ustaları


Banco ustaları
please wait
Embed

No media source currently available

0:00 0:02:05 0:00

Tennesi musiqisiz Tennesi olmazdı. Buradakı musiqini isə bancosuz təsəvvür etmək mümkün deyil. Bu alət kənardan sadə görünə bilər. Əslində isə bu alətin hazırlanmasında hərbi dəqiqlik, peşəkarlıq və materialın seçilməsi vacibdir. Banco ustası Kristian Stanfild: “Şübhəsiz banco Amerika alətidir və bu alət hər iki mədəniyyətin, həm qara, həm də ağdərililərin birgə mədəniyyətlərinın bəhrəsidir.”

Kristian Stanfild usta Tom Corcla on illərdir birlikdə banco düzəldir. Onların emalatxanası Menfis şəhərindən bir saatlıq məsafədə yerləşir. Buraya gələn ziyarətçilər burada taxta parçaları, metal halqalar və digər hissələr olmaqla, əllə düzəldilmiş yüzlərlə kiçik detallar görə bilər. “Bu, iki hissədən ibarətdir. Dairəvi şəkildə olana biz rim deyilirk. Əslində buna qazan da deyirlər. Qazan hissəsi taxtadan düzəlir. Lakin bu alətin həm dairəvi, həm də düz hissəsi var və onlar ayrı-ayrılıqda hazırlanır” - deyə, Kristian Stanfild bildirir.

Alətin gövdə hissəsi bir neçə taxta qatdan ibarətdir. Qazan hissə hazır olandan sonra Corc onu ehtiyatla parıldadır. O, illər əvvəl banco düzəltməyi Stanfildə öyrətmişdi. O vaxt Stanfild Vaşinqtondan Memfisə təzə gəlmiş və təsadüfən folklor rəqsləri ifa edilən bir gecəyə dəvət olunmuşdu. Orada o, banconun səsini dinləyib, bu alətə vurğun olmuşdu. “Mən banconu sevdim. Belə bir alətdə çalmağı öyrənmək istədim. Mən ondan iki-üç ay çalmaq üçün bir banco götürdüm. Özüm üçün almaq istəyəndə isə o mənə Tommini məsləhət gördü. O dedi ki, banconu internetdən və ya mağazadan alma, yalnız Fayett mahalında bu aləti düzəldən şəxsdən al.”

Tom Corc Amerikada məşhur banco düzəldənlərdən biridir. O, əsl banconu tanıyanlardandır.

Bir banco 4 aydan 6 aya qədər hazırlanır. Gövdə ilə boy hissəsinin birləşdirilməsi ən axırıncı proses olduğun üçün ustalar eyni zamanda bir neçə banco üzərində işləyə bilir. Boş vaxtlarında isə onlar sevdikləri alətdə - bancoda musiqi ifa edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG