Accessibility links

ABŞ-ın Oreqon ştatında qoruğu zəbt edənlər həbs edilib


Federal Təhqiqatlar Bürosu ABŞ-ın Oreqon ştatında hökumətə məxsus qoruğu təxminən bir aydır zəbt edən qrupun liderlərini həbs edib.

Lider Ammon Bandi və digər bir neçə nəfər dünən qoruqdan çıxaraq icma yığıncağında çıxış etməyə gedərkən rəsmilər onların avtomobilini saxlayıb.

Federal Təhqiqatlar Bürosunun bəyanatında deyilir ki, ştat polisi ilə birgə həyata keçirilən əməliyyat zamanı baş verən atışmada şübhəlilərdən biri, Robert Lavoy Finikum ölüb, digəri isə yaralanıb.

Bandi və onun qardaşı Rayen Brayen Kavalier, Şavna Koks və Rayen Veylin Payn həbs edilib. Digər yerdə isə rəsmilər Peter Santilli və Cozef Donald Oşauqnessi həbsə alıb.

Onların hər biri ABŞ zabitlərinin işlərinə əngəl törətmək məqsədi ilə güc, təhdid və konspirasiyada təqsirli bilinərək həbs edilib.

Qoruqla bağlı qalmaqal yanvarın 2-si Bandinin rəhbərlik etdiyi qrupun ərazini zəbt etməsindən sonra başlayıb. Onlar federal hökumətin ona məxsus qoruğı idarə etməsindən narazı idi.

Federal rəsmilər həbsdən sonra qoruğa daxil olub. Hal-hazırda neçə etirazçının qaldığı məlum deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG