Accessibility links

ABŞ federal hökumətinə aid qoruğu zəbt edən son dörd silahlı təslim olub


ABŞ federal hökumətinə aid qoruğu zəbt edən son dörd silahlı etirazçı bu gün təslim olmağa razılıq verib.

Bu arada Malheur qoruğunda etiraz aksiyalarında fəal iştirak edən ailənin başçısı Kliven D. Bandinin həbs edildiyi bildirilib.

Milli Qoruqda etiraz aksiyaları federal ərazi polisinin əleyhinə ötən ayın əvvəli başlayıb.

Bandi ailəsi 2014-cü ildə otlaq ərazilərə hüquq məsələsi ilə əlaqədar hökumət əleyhinə digər bir silahlı qarşıdurmada aksiyaya başçılıq edirdi.

Ammon Bandi və qrupun əksər liderləri yanvarın 26-ı zəbt etdikləri qoruqdan məclisə gedərkən polis etirazçıların maşınını saxladıqdan sonra həbs edilib.

İnsident zamanı atəş səsləri eşidilib və etirazçılardan biri, Robert Finikum öldürülüb.

Hələlik federal münsiflər məhkəməsi Bandi də daxil olmaqla qoruğu zəbt etməklərinə görə həbs edilən 11 nəfəri təqsirli bilib.

Yerdə qalan dörd nəfər qoruğu tərk etsə həbs edilməyəcək.

XS
SM
MD
LG