Accessibility links

Uorren Baffet Amerikanın ən böyük bankına maliyyə investisiya edib


Uorren Baffet Amerikanın ən böyük bankına maliyyə investisiya edib
Uorren Baffet Amerikanın ən böyük bankına maliyyə investisiya edib

ABŞ-ın tanınmış biznesmeni Uorren Buffet ipoteka kreditləri ilə bağlı problemlərlə qarşılaşmış Bank of America bankına 5 milyard dollar investisiya edib.

Bankın 2008-ci ildə ipoteka kreditləri verən maliyyə qurumunu alması ilə əlaqədar narahatlıqlar onun aksiyalarının kəskin enməsinə səbəb olmuşdu. Bank of America borclarını qaytarsa da, 10 milyard dollar ödəmək üçün məhkəməyə verilib. Bank balansı saxlamaq üçün son həftələr milyardlarla dollar aksiya satmalı olub.

Baffetin investisiyası Uol Stritdə bankın aksiyalarının qalxması ilə nəticələnib. Maliyyəçi investisiyanın səbəbi ilə bağlı açıqladığı bəyanatında bidirib ki, o, bankın güclü olduğuna və yaxşı idarə olunduğuna inanır.

Uorren Baffet qlobal iqtisadi tənəzzül başlayandan ABŞ-ın digər maliyyə şirkətlərinə də maliyyə verib. Baffet Birləşmiş Ştatların ikinci ən zəngin adamıdır. Bu yaxınlarda o, qanunvericiləri milli borcun və büdcə defisitinin azaldılmasının bir yolu kimi ölkənin ən zəngin adamları üçün vergiləri artırmağaçağırmışdı.

XS
SM
MD
LG