Accessibility links

Birləşmiş Ştatlarda dükanların bir günlüyə böyük endirimərlə açıldığı ənənəvi "Black Friday" bu il daha tez başladı

Birləşmiş Ştatlarda alıcılar bayram alış-veriş mövsümünə təkan verən Şükran bayramı sonrası “Black Friday” adlanan gün böyük mağazaların qarşısına toplaşıblar.

“Black Friday” adının mənşəyi mühasibat kitablarında gəlirin qara, itkilərin isə qırmızı mürəkkəblə yazılması tarixi ilə əlaqədardır. Hər il noyabr ayının sonuncu cümə axşamı günü keçirilən Şükran bayramından sonrakı cümə günü mağazaların gəlirləri çox olduğu üçün bütün qeydlər qara mürəkkəblə yazılırdı. "Black Friday", "qara cümə" ifadəsi də buradan gəlir.

“Black Friday” bir çox mağazalarda əsasən elektron və ən yeni oyuncaqlar kimi bahalı məhsulların qiymətlərində bir dəfəlik çox böyük endirimlər olan gündür. Bu gün eyni zamanda yeni ilə qədər davam edəcək tətil alış-veriş mövsümünün başladığı gündür. Elə dükanlar səhər tezdən, gecəyarısından bəri gözləyən müştərilərinə qapılarını çox böyük endirimlərlə açmaqla "Black Friday"nin həmin ildə qış alış-veriş mövsümünün uğurlu keçməsinə kömək eədəcəyinə və iqtisadiyyata təkan verəcəyinə inanırlar. Birdəki xüsusilə tanınmış zəncir mağazalar üçün artıq bu günkü böyük indirimlər və səhər tezdən başlayan izdiham bir ənənəyə çevrilib ki, perakəndə satış sahəsində fəaliyyət göstərən dükanların bu ənənədə iştirak etməməsi demək olar qeyri- adi vəziyyət kimi qəbul edilə bilər.

Birləşmiş Ştatlarda dükanların bir günlüyə böyük endirimərlə açıldığı ənənəvi "Black Friday" bu il daha tez başladı
Birləşmiş Ştatlarda dükanların bir günlüyə böyük endirimərlə açıldığı ənənəvi "Black Friday" bu il daha tez başladı

Bu gün mağazalar qapılarını bir neçə saat əvvəl açaraq, alıcılara yüksək endirimli məhsullar təklif edir. Bu il bir çox mağaza şəbəkələri “Black Friday” alış-verişi üçün cümə axşamı gecə yarıdan açıblar. Cümə günü alış-veriş böyük univermaqlar və mağaza şəbəkələri üçün olduqca mühüm gündür. Çünki bu günkü satışları, onlar üçün bayram ayı ərzində alış-verişin necə keçəcəyinin göstəricisidir. Ölkənin iqtisadi problemlərinin hələ də tam həllini tapmadığı bu ildə bayram mövsümü pərakəndə və xüsusilə istehlak mallarındakı satış səviyyəsi iqtisadiyyatın vəziyyəti və gələcəyi cəhətindən olduqca önəmlidir.

XS
SM
MD
LG