Accessibility links

"Bank Standard"ın keçmiş rəhbəri beynəlxalq axtarışa verilib


Səlim Kriman

"Bank Standard"ın keçmiş rəhbəri Səlim Kriman beynəlxalq axtarışa verilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, S.Kriman istintaqdan qaçıb gizləndiyi üçün onun barəsində axtarış elan edilib.

S.Kriman "Bank Standart"ın keçmiş rəhbəri olub. Bu il iyulun 25-də Baş Prokurorluq "Çudo Peçko" şirkətinin rəhbəri Çingiz Cəlilovun və "Helvest" MMC-nin rəhbəri Emin Quliyevin bankın keçmiş rəhbəri S.Krimanla əlbir olaraq maliyyə vəsaitlərini külli miqdarda mənimsəməkdə, təyinatını dəyişdirməkdə ittiham edən açıqlama yayıb.

Bu faktlarla bağlı Ç.Cəlilov və E.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. S.Kriman isə ölkədə olmadığı üçün onun barəsində beynəlxalq axtarış elan olunub.

XS
SM
MD
LG