Accessibility links

Dünya Bankı Azərbaycanda 11 layihə həyata keçirməkdədir


Dünya Bankı
Dünya Bankı

Dünya Bankı əməkdaşlığa başladığı andan 50-dən çox layihənin icra edib. Bu barədə sentyabrın 19-da Azərbaycan və Dünya Bankının əməkdaşlığının 25 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, hazırda Dünya Bankı Azərbaycanda 1,4 milyard dollar dəyərində 11 layihəni həyata keçirir.

İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, ən qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı və sosial sahələri əhatə edir. Dünya Bankı ölkəmizə 53 layihə üzrə 4,15 mlrd. ABŞ dolları vəsait ayırıb. Artıq 42 layihə üzrə işlər başa çatıb, 11 layihə üzrə tədbirlər isə davam etdirilir.

Dünya Bankı ölkəmizdə özəl sektorun inkişafına da dəstək göstərir, bu sahə ilə sıx əməkdaşlıq edir. İndiyədək Dünya Bankı tərəfindən 72 layihə üzrə özəl sektora 500 mln. ABŞ dolları vəsait ayrılıb”, nazir qeyd edib.

Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə regional vitse-prezidenti Siril Müller isə deyib ki, Azərbaycan 25 il ərzində Avropa və Mərkəzi Asiya regionunda ən böyük artım nümayiş etdirib.

“Dünya Bankı 1990-cı illərdə, ölkə üçün ən çətin vaxtlardan etibarən Azərbaycanla olub. Əməkdaşlıq dövrü ərzində Azərbaycan mənim kurasiyamda olan regionda ən böyük artım nümayiş etdirib. Bu müddət ərzində ölkədə yoxsulluğun səviyyəsi 10 faizdən aşağı düşüb", o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG