Accessibility links

Mərkəzi Bank 2018-ci ildə dolların orta illik məzənnəsini 1,72 AZN proqnozlaşdırır


Azərbaycan Mərkəzi Bankı (AMB) özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin olunmasına zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcək. Bu məqsədlə növbəti ildə və orta müddətli dövrdə yeni makroiqtisadi və maliyyə sabitliyi platformasının formalaşdırılmasını təmin edən radikal islahatlar həyata keçiriləcək.

Report agentliyinin məlumatına görə, bu barədə AMB-nin 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Ölkədə makroiqtisadi sabitliyi möhkəmləndirmək və dayanıqlı iqtisadi artıma nail olmaq orta müddətli makroiqtisadi siyasətin başlıca prioritetidir.

Sənəddə bildirilir ki, ölkədə makroiqtisadi sabitliyi möhkəmləndirmək və dayanıqlı iqtisadi artıma nail olmaq orta müddətli makroiqtisadi siyasətin başlıca prioritetidir. Bu prioritetin reallaşdırılması sıx koordionasiya olunmuş makroiqtisadi çərçivə və gözləntiləri effektiv idarə edən pul siyasəti rejimi vasitəsilə mümkündür. Bütövlükdə, formalaşdırılan yeni maktoiqtisadi sabitlik və inkişaf platforması iqtisadiyyatı xarici və daxili şoklardan effektli qorumağa imkan verməklə milli iqtisadiyyatın yüksək artım trayektoriyasına qayıtmasını təmin edəcək.

"Makroiqtisadi sabitlik çərçivəsinin dayanıqlığının gücləndirilməsi 2018-ci ildə AMB-nin pul siyasətinin başlıca məqsədini təşkil edəcək, inflyasiya gözləntilərinin azaldılmasına yönəlmiş siyasət davam etdiriləcək. AMB 2018-ci ildə də özünün pul siyasəti hədəflərini makroiqtisadi proqnozları nəzərə almaqla formalaşdırılacaq", bəyanatda qeyd olunub.

Qiymətləndirmələr göstərir ki, proqnozlaşdırılan tədiyyə balansı və Dövlət Neft Fondundan transfertlərinin həcmi 2018-ci ildə valyuta bazarında stabilliyi təmin etməlidir. Manatın məzənnnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amilllər formalaşdırır. Valyuta bazarının uzunmüddətli sabitliyi üçün tətbiq edilən valyuta nəzarətinin optimallaşdırılması da mühüm əhəmiyyətə malikdir.

Bəyanatda bildirilir ki, fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla AMB 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcək. Bunun üçün AMB adekvat monetar şəraitin formalaşdırılmasını təmin edəcək.

"AMB inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək. Pul təklifinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək. Ödənişlərin fasiləsizliyini təmin etmək, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək bundan sonra da diqqətdə saxlanılacaq. AMB banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaq. Alətlərdən istifadə bank sisteminin likvidlik vəziyyətindən asılı olacaq", bəyanatda qeyd olunub.

AMB 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq.

Qeyd edək ki, AMB 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq.

Azərbaycanda bankların maliyyə dayanıqlığının bərpa edilməsi və gücləndirilməsi, qeyri-işlək borclar probleminin həll edilməsi istiqamətində işlər davam etdiriləcək.

"Bank sektorunun restruktizasiyası proqramı qeyri-işlək borcların tənzimlənməsi üzrə komplementar tədbirlərlə dəstəklənir. Bu istiqamətdə beynəlxalq təcrübə, ölkə xüsusiyyətləri nəzərə alınmaqla xüsusi mexanizmlər hazırlanmalıdır. Belə kompleks yanaşma bankların kapital mövqelərini bərpa etməyə, sağlam kredit tələbini genişləndirməyə, kredit aktivliyini artırmağa və iqtisadi artımı dəstəkləməyə imkan verərdi", sənəddə qeyd olunub.

Bəyanatda deyilir ki, maliyyə vasitəçiliyinin aktivləşdirilməsi üçün bankların fəaliyyət göstərdiyi ekosistemdə mövcud olan məhdudidyətlərin aradan qaldırılması və risklərin azaldılması üzrə işlər davam etdirilməlidir. Bununla yanaşı, nəzərdə tutulan islahatlar ekosistemin mövcud maliyyə resurslarının bank sektoru üçün qəbul edilə biləcək risklər səviyyəsində kreditləşməyə yönəlməsinə şərait yaratmalıdır.

Xarici və daxili risklər Azərbaycan hökumətinin və Mərkəzi Bankın (AMB) diqqət mərkəzindədir və onların idarə olunması üçün makroiqtisadi manevr potensialı mövcuddur. Növbəti ildə də Maliyyə Sabitliyi Şurası makroiqtisadi siyasət qərarlarının sıx koordinasiyasını təmin edəcək.

Bir sıra xarici və daxili amillər makroiqtisadi sabitlik hədəflərinə nail olmağa problemlər yarada bilər. Bura ilk növbədə neftin dünya qiymətinin proqnozlaşdırılandan əhəmiyyətli aşağı olması və iqtisadi tərəfdaş ölkələrdə iqtisadi aktivliyin azalması nəticəsində tədiyyə balansı göstəricilərinin pisləşməsi aiddir.

"Bir sıra xarici və daxili amillər makroiqtisadi sabitlik hədəflərinə nail olmağa problemlər yarada bilər. Bura ilk növbədə neftin dünya qiymətinin proqnozlaşdırılandan əhəmiyyətli aşağı olması və iqtisadi tərəfdaş ölkələrdə iqtisadi aktivliyin azalması nəticəsində tədiyyə balansı göstəricilərinin pisləşməsi aiddir. Dünya ərzaq qiymətlərində bahalaşmanın davam etməsi əlavə inflyasiya idxalına səbəb ola bilər. Yüksək və qeyri-simmetrik inflyasiya və məzənnə gözləntiləri (yəni, iqtisadi subyektlərin milli valyutanın ucuzlaşmasına və qiymət qalxmasına daha kəskin reaksiya verməsi), habelə fiskal kəsirin formalaşması makroiqtisadi sabitliyə təsir edə bilər. Maliyyə vasitəçiliyinin bərpa olunmaması və izafi likvidliyin akkumulyasiyasının davam etməsi, pis borclar probleminin dərinləşməsi, sektorda vəziyyətin mürəkkəbləşməsi, habelə iri dövlət şirkətlərinin maliyyə vəziyyəti ilə bağlı risklər də makroiqtisadi sabitlik və iqtisadi artım üçün təhdidlər yarada bilər".

Bəyanatda bildirilir ki, xarici şoka adekvat olaraq həyata keçirilmiş siyasət tədbirləri nəticəsində 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşdırılıb, ölkənin xarici və daxili balansı yaxşılaşmağa başlayıb.

Həmçinin, AMB iqtisadi subyektlər tərəfindən adekvat gözləntilərin formalaşmasını təmin etmək, rasional iqtisadi qərarların qəbuluna şərait yaratmaq və pul siyasətinə etimadı artırmaq üçün effektiv kommunikasiyanı diqqətdə saxlayacaq. İnflyasiyanın hədəflənməsi rejiminə keçidin vacib şərtlərindən biri kimi AMB özünün təhlil və proqnozlaşdırma potensialının yüksəldilməsi istiqamətində tədbirlərini davam etdirəcək.

"Orta müddətli xərc çərçivəsinin tətbiqinə keçid, iri dövlət şirkətlərində maliyyə intizamının gücləndirilməsi və korporativ idarəetmə standartlarının tətbiqi işləri də davam etdiriləcək", bəyantda qeyd olunub.

Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı çevik məzənnə rejimini saxlayacaq.

Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) çevik məzənnə rejimini saxlayacaq. AMB milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər.

Pul bazarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsi davam etdiriləcək. Əməliyyat hədəfinə effektiv şəkildə nail olmaq, alətlər üzrə kəmiyyət parametrlərini adekvat müəyyən etməyə imkan verən likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi işləri davam etdiriləcək.

AMB orta və uzun müddətli dövrdə inlyasiyanın hədəflənməsi rejimini optimal pul siyasəti rejimi olaraq görür. Bu rejimə keçid şərtlərinin realizasiyası istiqamətində işlər davam etdiriləcək.

Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair AMB tərəfindən hazırlanmış dövlət proqramının qəbul edilərək reallaşması yaradılmış müasir ödəniş infrastrukturundan istifadəni yaxşılaşdıra bilər.

Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

AMB son dövrlər populyarlaşan blokçeyn texnologiyalarının tətbiqi üzrə beynəlxalq prosesləri izləyir və bu texnologiyalar əsasında maliyyə sektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılmasını nəzərdə tutulan pilot layihənin reallaşdırılmasını təmin edəcək.

AMB banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaq. Alətlərdən istifadə bank sisteminin likvidlik vəziyyətindən asılı olacaq. Bəyanatda bildirilir ki, struktur likvidlik profisiti olduğu təqdirdə AMB strelizasiya əməliyyatları üzrə portfeli genişləndirə bilər.

Azərbaycan Mərkəzi Bankı 2018-ci ildə ABŞ dollarının orta illik məzənnəsini 1,72 AZN/USD səviyyəsində proqnozlaşdırır.

Qeyd edək ki, 2017-ci ildə dolların maksimal məzənnəsi fevralın 1-də (1,9200 AZN/USD), minimal məzənnəsi isə dekabrın 6-da (1,7000 AZN/USD) qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG