Accessibility links

Vüqar Bayramov: Problemli kreditlərin həlli zəruridir [Video-müsahibə]


Vüqar Bayramov: Problemli kreditlərin həlli zəruridir
please wait

No media source currently available

0:00 0:08:41 0:00

Vüqar Bayramov: Problemli kreditlərin həlli zəruridir

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Amerikanın Səsinə bank sektorunun problemlərindən danışıb

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov Amerikanın Səsinə müsahibəsində problemli kerditlər və bank sektorundakı durumdan danışıb.

Amerikanın Səsi: Azərbaycanda problemli kreditlərin həcmi nə qədərdir, nə qədər insanı əhatə edir?

Mərkəzi Bankın rəsmi statistikasına istinad etsək hazırda banklardan kredit götürən vətəndaşlarımızın sayı 2,5 milyon nəfərdir. Bu o deməkdir ki, orta hesabla hər ailədə kredit götürmüş vətəndaş var.

Vüqar Bayramov: Son dövrlər problemli kreditlərin həcmində artımlar müşahidə edilir. Hal-hazırda Mərkəzi Bankın statistikasına əsasən problemli kreditlərin həcmi 1 milyard 620 milyon manatdır və bu, kredit portfelinin təxminən 14 faizini təşkil edir. Təəssüf ki, problemli kreditlərin həcminin çox olması ilə yanaşı eyni zamanda kredit portfelindəki payının çoxalması da müşahidə olunur. Nəzərə alaq ki, beynəlxalq praktikada adətən problemli kreditlərin kredit portfelindəki payı təqribən 5 faizə yaxın olur. Hətta inklişaf etmiş ölkələrdə bu 3 faizə yaxındır. Azərbaycanda isə bu, ikirəqəmlidir. Bu baxımdan 2015-ci ildən problemli kreditlərin həcmində müşahidə edilən artımlar, eləcə də kredit portfelinin kiçilməsi nəticə etibarı ilə problemli kreditlərin kredit portfelində payının artmasına gətirib çıxarıb. Mərkəzi Bankın rəsmi statistikasına istinad etsək hazırda banklardan kredit götürən vətəndaşlarımızın sayı 2,5 milyon nəfərdir. Bu o deməkdir ki, orta hesabla hər ailədə kredit götürmüş vətəndaş var. Problemli kreditlərin həcminin də çox olduğunu nəzərə alsaq, bu o deməkdir ki, əslində problemli kreditlər xeyli sayda insanı əhatə edir. Bununla yanaşı təəssüf ki, biz son illər problemli kreditlərin həcmində artımları müşahidə etməkdəyik.

Amerikanın Səsi: Siz problemli kreditlər məsələsinin həlli ilə bağlı təkliflər vermisiniz. Təklifləriniz nədir və rəsmi qurumlar cavab veribmi?

Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında -müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Yəni, təxminən 9 min manatlıq fərq tərəflər arasında 3 min olmaqla bölünür - vətəndaş 9 min fərqi deyil, 3 min manat ödəyir, 6 min manatı isə digər tərəflər ödəyir.

Vüqar Bayramov: İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən problemli kreditlərin həlli ilə bağlı üçtərəfli mexanizm təklif olunur. Əvvəla, bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada fərqin tərəflər arasında bölüşdürülməsi nəzərdə tutulub. Fərq niyə böyükdür? Devalvasiya problemli kreditin həcminin artmasına təsir göstərən faktorlardan biridir. Amma yeganə faktor deyil. 2014-ci ildən əvvəlki illərdə bankların kredit faizlərinin yüksək olduğunu dəfələrlə vurğulayırdıq. Hətta devalvasiya olmasa da belə yüksək kredit faizləri problem idi, yəni hesab edin ki, 2014-cü ildən əvvəl bankların kredit faizləri bəzi hallarda 40-45 faizə qədər yüksəlirdi. İllik 45 faiz, hər 10 min manata və ya dollara görə 5 min manat və ya dollar illik faiz deməkdir. Kifayət qədər böyük rəqəmdir. Nəticədə bu, bank sektorunda köpüklər yaratmışdı. Devalvasiya həmin köpüklərin daha tez partlamasına imkan verdi. Amma biz 2015-ci ilin martında, ilk devalvasiyadan sonra hökumətə üçtərəfli mexanizm hazırlayıb təklif etdik. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında -müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Yəni, təxminən 9 min manatlıq fərq tərəflər arasında 3 min olmaqla bölünür - vətəndaş 9 min fərqi deyil, 3 min manat ödəyir, 6 min manatı isə digər tərəflər ödəyir. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə-birini üzərinə götürür. Digər tərəflər də üçdə ikisini üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür. Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Vətəndaş üçün də təbii ki, hər 9 mindən 6 min güzəşt ciddi bir rəqəmdir.

Amerikanın Səsi: Devalvasiyadan artıq 3 il keçib. Hökumət hansı səbəbdən indiyədək kreditorların hüquqlarının müdafiəsi istiqamətində hər hansı addım atmayıb? Halbuki, Beynəlxalq Bankın xarici öhdəliklərini yerinə yetirir.

. Nəzərə alsaq ki, qonşu Rusiyada kreditorların hüquqlarının qorunması üçün fiziki şəxlərin müflis olmaq hüququ var, biz də bunu hökumətə təklif edirik.

Vüqar Bayramov: Problemli kreditlərlə bağlı kreditorların hüquqlarının qorunması sahəsindəaddımların atılması çox vacibdir. Əslində güzəşt mexanizmi də kreditorların hüquqlarının qorunması baxımından çox əhəmiyyətlidir. Nəzərə alsaq ki, güzəşt mexanizmi nəticə etibarı ilə imkan verəcək ki, problemli krediti olub və onu geri qaytara bilməyən vətəndaşlarımız güzəştdən istifadə etsin. Eyni zamanda biz kreditorların hüququ deyəndə yalnız güzəştin tətbiq edilməsini nəzərdə tutmuruq. Burada həm də birbaşa kredit götürən vətəndaşların hüquqlarını müdafiə edən qanunvericiliyin təkmilləşdirilməsindən söhbət gedir. Nəzərə alsaq ki, qonşu Rusiyada kreditorların hüquqlarının qorunması üçün fiziki şəxlərin müflis olmaq hüququ var, biz də bunu hökumətə təklif edirik. Yəni, təsəvvür edin ki, bank müflis olur, götürdüyü depoziti geri qaytara bilmir. Biz “Dəmirbank”a diqqət yetirsək, bu bankın 28,3 milyon manat qorunmayan əmanəti var idi. “Dəmirbank” həmin vəsaiti depozit formasında vətəndaşdan alıb, istifadə edib, gəlir əldə edib. Amma artıq müflis olub, həmin 28,3 milyon manatın qaytarılması olduqca çətindir. Əvvəlki müflis olmuş bankların təcrübəsi göstərir ki, demək olar ki, hətta qaytarılması mümkün deyil. Əgər bank depoziti götürüb istifadə edib gəlir əldə edib və qorunmadığı üçün onu geri qaytara bilmirsə, nə üçün vətəndaşa müflis olmaq hüququ verilməsin. Bank fəaliyyətini davam etdirə bilmir, özünü müflis elan edir və o, öhdəliklərdən azad olur. Ona görə kreditorların hüquqlarının qorunması üçün o hüququn tanınmasına ehtiyac var, eyni zamanda bank menecerləri üçün şərltərin daha da ağırlaşdırılması çox vacibdir.

Amerikanın Səsi: Problemin həllinin uzadılmasının bank sektoruna təsirləri nə ola bilər?

Əgər vətəndaş bir il öncə öz manatını depozit formasında kommersiya bankında 15 faizlə yerləşdirə bilirdisə indi bu rəqəm ən yaxşı halda 9-10 faizdir və azalmaqda davam edir. Aparıcı banklarda 6-7 faizədək azalıb. Bank artıq depoziti cəlb etməkdə maraqlı deyil.

Vüqar Bayramov: Əslində problemin həllindən ən çox qazanan tərəf bank sektorudur. Çünki problemli kreditlər nə qədər qalırsa, nəticə etibarı ilə banklara təsir göstərir. Biz bankların depozit və kredit portfellərinə baxsaq, təbii ki, azalmalar var. Banklar artıq depozit cəlb etməkdə maraqlı görünmür. Çünki həmin depoziti yerləşdirmək çətinlikləri var. Bankın iki əsas funksiyası var. Depozit cəlb etmək və kredit yerləşdirmək. Əgər bank depozit cəlb etməkdə maraqlı deyilsə, baxın, 2017- ci ildən bəri xarici valyutadan manata olan depozit faizlərində azalmalar var. Əgər vətəndaş bir il öncə öz manatını depozit formasında kommersiya bankında 15 faizlə yerləşdirə bilirdisə indi bu rəqəm ən yaxşı halda 9-10 faizdir və azalmaqda davam edir. Aparıcı banklarda 6-7 faizədək azalıb. Bank artıq depoziti cəlb etməkdə maraqlı deyil. Çünki onu yerləşdirməklə bağlı risk var. Nəticə etibarı ilə kredit portfeli 11,7 milyard manata qədər azalıb. İlin əvvəlindən depozit portfeli 7.3 milyard manata qədər azalıb. Bir il öncə bu 7,7 milyard manat idi. Bu baxımdan təbii ki, bankların sağlamlaşdırılması üçün problemli kreditlərin və toksik aktivlərin həll edilməsi çox vacibdir. Eyni zamanda birmənalı şəkildə bankın müflis elan edilməsi problemin həlli deyil. Bankların sağlamlaşdırılmasına ehtiyac var ki, bank sektoru inkişaf etsin.

Amerikanın Səsi: Ümumilikdə, hazırda bank sektorunun əsas problemləri nədir?

Depozit və kredit portfellərinin azalması, problemli kreditlərin həcminin yüksək olması bank sektorunda problemlərin olmasından xəbər verir.

Vüqar Bayramov: 2016-cı ildə 10 bank müflis oldu. 2017-ci ildə bir bankın da müflis olunması qeydə alındı. 2016-cı ildə müflis olan banklardan biri ilk beşliyə daxil idi, yəni, sistem üçün əhəmiyyətli beş bankdan biri idi. Depozit və kredit portfellərinin azalması, problemli kreditlərin həcminin yüksək olması bank sektorunda problemlərin olmasından xəbər verir. Bank sektoru iqtisadiyyat üçün çox vacibdir, iqtisadiyyatın mühərrikidir. Bank sektorunun sağlamlaşdırılmasına ehtiyac var. Bizim tədqiqatlar göstərir ki, hal-hazırda funksiyasını tam yerinə yetirə bilməyən banklar var. Hətta bankların rəsmi elan etdikləri hesabatlara diqqət yetirsək son illər ziyanla işləyən banklar var. Təəssüf ki, bankların sağlamlaşdırılması və bankların inkişaf etdirilməsi ilə bağlı hələlik xüsusi bir proqram qəbul edilməyib. Birmənalı şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bankların sistemli fəaliyyətlərini nəzərdə tutan xüsusi proqramın hazırlanmasına ehtiyac var. Amerika təcrübəsi göstərir ki, belə bir proqramla bankların sağlamlaşdırılması, toksik aktivlər, eləcə də problemli kreditlər problemini həll etmək mümkündür. Bu baxımdan Palata tərəfindən real addımların atılmasına ehtiyac var ki, biz bank sektorunun sağlamlaşdırılmasını müşahidə edə bilək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG