Accessibility links

Trampın sabiq baş strategi dindirilib


Prezident Donald Trampın sabiq baş strateqi Stiv Bannonun bir neçə saat ərzində xüsusi prokuror Robert Müller tərəfindən dindirildiyi bildirilir. Müller Rusiyanın 2016 ABŞ seçkilərinə müdaxiləsini və Trampın seçki kampaniyası ilə əlaqələrini araşdıran təhqiqat qrupuna rəhbərlik edir.

Adı çəkilməyən məlumatlı şəxs Bannonun Müller komandası tərəfindən verilən bütün sualları cavablandırdığını deyir.

Buna baxmayaraq cümə axşamı Bannon Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin suallarına cavab verməkdən imtina edib.

Komitə üzvləri Konqresin əməkdaşlıq üçün imkan verilməsinə baxmayaraq, göstərdiyi hörmətsizliyə görə Bannona qarşı yeni tədbirlər görməyə çalışırlar.

Senatın kəşfiyyat komitəsi isə Rusiyanın seçkiyə müdaxiləsi ilə bağlı ayrı təhqiqat aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG