Accessibility links

Banqkokda təhlükəsizlik qüvvələri ilə hökumət əleyhdarları arasında toqquşma baş verib


Tailand, Banqkok, 28 Apr 2010
Tailand, Banqkok, 28 Apr 2010

Qarşıdurma zamanı bir əsgər həlak olub, 18 nəfər isə yaralanıb

Tailandın fövqəladə hallar rəsmiləri deyir ki, bu gün Banqkokda təhlükəsizlik qüvvələri ilə hökumət əleyhdarları arasında baş vermiş toqquşmalar zamanı bir əsgər həlak olub, 18 nəfər isə yaralanıb. Qarşıdurma minlərlə Qırmızı Köynəkli etirazçının yük maşınları, motosikletlərlə şəhər ətrafındakı bazara istiqamət aldığı zaman baş verib. Təhlükəsizlik qüvvələri əvvəlcə havaya xəbərdarlıq atəşi açıb. Rəsmilər nümayişçilərə xəbərdarlıq etmişdi ki, Banqkokun mərkəzində etiraz aksiyaları üçün ayrılmış ərazidən kənara çıxmasınlar. Anti-hökumət qüvvələri baş nazir Abhisit Veccacivanı yeni seçkilərə çağırmaq üçün paytaxtı iflic vəziyyətinə salıblar.

XS
SM
MD
LG