Accessibility links

Banqladeş hücumunda ölən xaricilərin cəsədləri vətənlərinə geri göndərilir


Yaponiyanın xarici işlər naziri Fumio Kişida Banqladeş paytaxtında restoranda hücum zamanı ölən yeddi Yaponiya vətəndaşının cəsədi vətənə göndərilən zaman “dərin hüzn və güclü hiddət” hissləri keçirdiyini deyib.

Bazar günü Dəkkədə baş verən hücum zamanı 20 girov və iki polis zabiti öldürülüb. Banqladeş təhlükəsizlik qüvvələri restoranda reyd keçirərək, hücumçulardan altısını öldürüb, birini ələ keçirib, 13 girovu isə azad edib.

Hücuma görə məsuliyyəti İslam Dövləti qrupu öz üzərinə götürüb, amma hələ ki qrup və hücumçülar arasında heç bir əlaqə aşkar edilməyib. Hökümət İŞİD-la əlaqə haqda iddiaları rədd edir və hücumçuların ölkədə faəliiyət göstərən qrupun üzvləri olduğunu deyir.

Son aylarda Banqladeşdə bir sıra hücumlar törədilib. Onların əksəriyyəti sekulyar bloqerlər, ateistlər və dini azlıqları hədəf alıb. Bu hücumlardan çoxunun məsuliyyətini İŞİD terrorçuları və Hindistan yarımadasındakı Əl-Qaidə (AQIS) qrupu öz üzərinə götürüb.

Birləşmiş Ştatlar keçən həftə AQIS-I xarici terror təşkilatı elan edib və qrupun lideri Asim Öməri “xüsusi təyinatlı qlobal terrorçu” adlandırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG