Accessibility links

Banqladeş ali məhkəməsi iki müxalifətçi barədə ölüm hökmü çıxarıb


Banqladeş ali məhkəməsi iki müxalifət lideri haqda ölüm hökmü çıxarıb. Onlar 1971-ci ildə müstəqillik uğrunda Pakistana qarşı müharibədə cinayət törətməkdə ittiham olunur.

Banqladeşin baş prokroru Turin Afroz bildirib ki, Banqladeş Xalq Partiyasının lideri Slahuddin Quader Çovdhuri və Camaate İslami partiyasının rəhbəri Əli Əhsan Məhəmməd Mücahidin apellyasiya müraciəti rədd edilib və onların gələn həftə asılacağı gözlənilir.

Mücahid və Çovdhuri 2013-cü ildə müharibə cinayətlərinə dair ixüsusi tribunalında zorlama və soyqırım törətməkdə ittiham olunur.

Xüsusi tribunal 2010-cu ildən bəri onlarla müxalifət liderini müharibə cinayətlərinə görə həbs edib. Banqladeş Xalq Partiyası və Camaate İslami partiyası ittihamların siyasi motiv daşıdığını bildirir.

Banqladeş rəsmiləri bildirir ki, Pakistan əsgərləri üç miliyon insanı qətlə yetirib, 200 min qadını zorlayıb və 10 miliyon insanın didərgin düşərək Hindistanda qaçqın düşərgələrində yerləşməsinə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG