Şənbə Banqladeşdə yerləşən Koks Bazarda on minlərlə Rohinca qaçqın uşaqlarına vəba əleyhinə vaksin vurmaq kampaniyasının ikinci mərhələsi başlayır.
Ümumdünya Səhiyyə Təşkilatının apardığı vəba vaksinasiyası kampaniyası 1-5 yaşları arasındaki 180 min uşağı hədəf alır. Onlara əlavə müdafiə məqsədi ilə əlavə doza veriləcək.
Uşaqlara vaksinin ilk dozası oktyabrın 10-da kampaniya başladılanda vurulub. O zaman peyvənd bir yaşından yuxarı 70 min insana vurulub.
Təşkilatın sözcüsü Tarik Yasareviç deyib ki, səhiyyə işçiləri kampaniya zamanı 1-5 yaşları arasındaki uşaqlara uşaq iflici vaksini də vuracaq.
O deyib ki, hələ ki, heç bir vəba halı qeydə alınmayıb.
“Lakin belə bir risk var və biz bu səbəbdən vaksinlər tətbiq edirik”, Yasareviç deyib. “ÜST nazirliklə birlikdə suyun keyfiyyətinə nəzarət etmək üçün laboratoriya quraşdırıb. Nəticələr içməli sudan alınan nümunələrin sadəcə 17 faizinin Banqladeş və Ümumdünya Səhiyyə Təşkilatının standartlarına müvafiq olduğunu göstərib”, deyə o əlavə edib.
Ötən avqust ayından bəri Myanmada zorakılıqdan qaçan 600 mindən çox Rohinca qaçqını Koks Bazara gəlib. Onlar izdihamlı, qeyri-sanitar və çirkli düşərgələrdə qalır. Bu cür şəraitdə vəba və digər səxtəliklərə yoluxmaq riski isə çox yüksəkdir.
Yasareviç deyib ki, qaçqınlar arasında kəskin diareya halları qeydə alınıb. Hazırda isə laboratoriya nəticələri heç bir vəba hallının olmadığını göstərir. O deyib ki, sağlamlığa ən ciddi riski kəskin tənəffüs yolu infeksiyaları və məxmərək yaradır.