Accessibility links

Banqladeş adada Rohinca düşərgəsi salmağı planlaşdırır


Şənbə Banqladeşin baş naziri Şeyx Hasian deyib ki, onun höküməti zorakılıq nəticəsində qonşu Myanmadan qaçan bir milyona yaxın Rohinca müsəlmanına dəstək verməyə davam edəcək.

Hasna deyib ki, hökümət beynəlxalq yardım agentliklərinin yardımı ilə adada Rohincalılar üçün müvəqqəti sığınacaq inşa etməyi planlaşdırır.
O, Nyu Yorkda BMT Baş Assambleyasının sessiyasından geri dönərkən Daka hava limanında bəyanatla çıxış edib. BMT Myanmadakı zorakılığı “etnik təmizləmə” adladırıb.

Hasina Myanmanı sərhəddə gərginlik yaratmaqda günahlandırıb, lakin ölkənin təhlükəsizlik qüvvələrindən bu böhrana “çox diqqətlə” yanaşmağa çağırdığını deyib.

“Onlar özlərini elə aparırdı, sanki müharibə istəyirdilər”, o deyib.

Avqust ayının sonundan bəri Banqaladeşə 500 mindən çox rohinca müsəlmanı qaçıb. Buna səbəb Myanma təhlükəsizlik qüvvələrinin militant hücumlarına genişmiqyaslı təqdib tədbirləri ilə cavab verməsi olub. Şahidlər və insan haqları qrupları deyir ki, bu təqbilərə insanları öldürmək və qəsdən evlərə od vurmaq daxil olub. Bundan əvvəl 1978-ci ildə də eyni sayda Rohinca müsəlmanı Myanmadan qaçıb.

Myanma Rohinca müsəlmanlarını etnik qrupl olaraq tanımır və onların ölkədən qeyri-qanuni olaraq yaşayan Banqladeşdən qaçan benqal miqrantlar olduğunu iddia edir. Myanma Raxine ştatındakı zorakılığa son qoymadığı və nəticədə son onillərdə Asiyada baş verən ən böyük qaçqın böhranına səbəb olduğu üçün beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalıb.
Myanma hökümətinin informasiya komitəsi cümə axşamı yaydığı bəyanatda ötən həftə 17 min rohincanın qaçmasının qarşısını aldığını bildirib. Lakin kənd əhalisi rohinca müsəlmanlarının hələ də qaçmağa cəhd etdiyini deyir.

Şənbə Hasina Rohinca müsəlmanları üçün salınacaq yaşayış məntəqələrinin müvəqqəti olacağını bir daha vurğulayıb.

Onun höküməti bu insanları yemək və sığınacaqla təmin etməyə davam edəcək.

XS
SM
MD
LG