Accessibility links

Banqladeşin paytaxtında bir neçə bina yanıb


Banqladeşin paytaxtı Dəkkədə bir neçə binada baş verən yanğın azı 70 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.

Yanğının çərşənbə günü gecə saatlarında Dəkkənin Çoukbazar məhəlləsində bir binada başlayan yanğının sonradan yayılaraq azı dörd binaya keçdiyi və sakinlərdən bəzilərinin evlərindən çıxa bilmədikləri deyilib.

Yanğın səbəbindən sıradan çıxan binalarda tez alovlanan kimyəvi maddələr saxlanan anbarların da aşkar edildiyi bildirilib.

Yanğının səbəbləri araşdırılır.

XS
SM
MD
LG