Birləşmiş Millətlər Təşkilatının havadan çəkdiyi son videolar minlərlə Rohincanın Myanmadan Banqladeşə keçdiyini göstərir.
Bazar ertəsi, Benqal korfəzində qaçqınlarla dolu qayıq çevrilərək, uşaqlar da daxil olmaqla, 12 nəfərin ölümünə səbəb olub. Onlar Banqladeşin balıqçılar kəndinin yaxınlığında basdırılıblar.
Sərhədi keçərək digər sahilə çatmağa müvəffəq olanlar isə haldan düşmüş, susamış və ac vəziyyətdədirlər.
“Bizim evlərimiz yandırılanda, yaşamağa yer qalmamışdı. Ona görə də biz qərbə tərəf getməyə başladıq və Dvip adasına çatdıq. Orada qayıq yox idi. Biz orada qidasız 10-15 gün gözləməli idik.”
Avqustun sonundan, Rakhayn vilayətində Rohinca kəndlərinə hərbçilərin hücumları başlayandan etibarən Baqladeşə çatmaq istəyənlərin 184 nəfəri qayıq qəzaları nəticəsində həyatını itiriblər.
Zorakılıq 530,000-dən çox Rohinca müsəlmanını evlərini və işlərini ataraq, yaşadıqları yerlərə, bir daha qayıtmaq ümidi olmadan tərk etməyə məcbur edib.
“Biz hər şeyimizi itirdik. Buna baxmayaraq uşaqlarımız yanımızdadır. Hər gün keçmiş həyatım haqqında düşünürəm. Gecə və gündüz çox narahatam.”
Çərşənbə axşaşı Myanma-Banqladeş sərhədinə üz tutan 15,000 qaçqının yeni dalğası BMT rəsmilərini onların təhlükəsiz ərazilərə rahatlıqla keçmələrinə şərait yaradılması çağışları ilə müşayiət olunub.
“Hal-hazırda insanların həyatlarının təhlükəsizliyi vacib prioritetdir. Uşaqlar daha təmiz suya ehtiyac duyurlar. Onlar daha təmiz mühitdə yaşamalı və xəstəliklərdən qorunmalıdırlar. Həmçinin, biz hamımız ciddi bir epidemiyanın yayılması halı baş verəcəyi halda, hazırlıqlı olmalıyıq.”
UNİCEF-in bəyanatları BMT rəsmilərinin Myanmaya səfər edərək, Rakhayn ərazisində sülhün bərqərar edilməsi, qaçqınların geri dönməsi perspektivlərini müzakirə etməsi ilə eyni vaxta təsadüf edir.
Myanmanın de fakto lideri Aunq San Su Kyi Rohinca müsəlmanlarına qarşı edilən zorakılıqlarla bağlı riqqət nümayiş etdirmədiyi üçün dünya ictimaiyyətinin tənqidinə məruz qalıb. Rohinca müsəlmanlarının buddistlərin əksəriyyət təşkil etdiyi ölkədə qeyri-qanuni yaşadıqlarını hesab olunur. Aunq San Su Kyinin partiyası, Demokratiya naminə Milli Liqa çərşənbə günü aksiya təşkil edərək, Nobel mükafatı laureatına və müxtəlif dini qruplar arasında həmrəyliyə dəstək nümayiş etidiriblər.