Accessibility links

İsrail gözəli Bar Rafaeli hərbi xidmətdən yayınıb [Fotoqalereya]


İdman jurnallarının birinci səhifəsində yer alan və məcburi hərbi xidmətdən yayınan israilli Bar Rafaeli deyilənə görə hələ səkkiz aylığında reklamlarda çəkilməyə başlayıb. İndi 28 yaşı olan model kareyarasını davam etdirmək uğrunda hərbi xidmətdən belə yayınır.

OMG-ə istinadən supermodelin hərbi xidmətə dair keçmiş sərgüzəştləri bu yaxınlarda qalma-qala səbəb olub. Ona görə ki, İsrailin Xarici İşlər Nazirliyi tərəfindən istehsal olunan reklamda Bar Rafaeli çəkilib.

Məsələ bundadır ki, İsrailin Müdafiə Qoşunları bu məsələyə göz yumub.
Bundan bir qədər əvvəl ordu onun icbari hərbi layihədə xidmət göstərməsini istəyib. İsrail qanununa görə 18 yaşına çatmış hər bir qadın hərbi xidmət çəkməlidir.

Lakin Bar hərbi xidmətin onun model karyerasına təsir edə biləcəyindən ehtiyat edib. O, boşluqdan istifadə edərək fənd işlədib. Qanuna görə İsraildə evli qadınlar hərbi xidmətdən azad edilir. Beləliklə Bar Rafaeli 2007-ci ildə ailə dostlarının evlənmə təklifinə Hə cavabı verir. Bu imtiyazdan istifadə etdikdən sonra isə boşanmağa ərizə verir.

İsrailin Müdafiə Qüvvələrinin rəsmiləri onun reklamda çəkilməsini təhqir kimi qiymətləndirib. Rəsmilər bunun hərbidən yayınma və hərbiyə hörmətsizlik olduğunu deiyr.

Bar isə buna heç məhəl də qoymur. Düşünmürük ki, bu məsələ onun yuxusunu qaçırıb.
XS
SM
MD
LG