ABŞ prezidenti Barak Obama Amerikanın iqtisadi dirçəlişinin iş yerlərinin artması ilə müşayiət edildiyini deyib. Bu gün NBC tele-kanalına müsahibəsi zamanı dövlət başçısı bildirib ki, son 8 ay ərzində yeni iş yerlərinin açıldığı müşahidə edilsə də, iqtisadi tənəzzül dövründə bir çox şirkətin bağlanması ilə hələ də yeni iş yerlərinə ehtiyac var. Qeyd edək ki, ABŞ-da işsizlik hazırda 9.5 faiz təşkil edir. Prezident administrasiyasının diqqətini işlərin sayının artırılmasına yönəltdiyini deyib. Təhsildən danışan Barak Obama Amerikanın qlobal miqyasda rəqabət gücünü itirdiyini bildirib. ABŞ dövlət başçısı beynəlxalq göstəricilərə görə amerikalı tələbələrin elmdə 21-ci, riyaziyyatda isə 25-ci yerdə olduğunu deyib.