Accessibility links

Barak Obama Amerikanın İraqdakı missiyasını misilsiz nailiyyət adlandırıb


Барак Обама
Барак Обама

ABŞ prezidenti Barak Obama Amerikanın İraqdakı missiyasını misilsiz nailiyyət adlandırıb. Prezident deyib ki, bu missiya amerikalıların bərabər çalışmaqla ölkədəki problemləri həll edə bilməsinə gözəl bir nümunədir.Həftəlik radio müraciəti zamanı ABŞ dövlət başçısı hərbi xidmətdə olan 1.5 milyon amerikalıya təşəkkürünü və həlak olan 4500 insana görə təəssüfünü bildirib.

Barak Obama Konqresi partiyalar arasındakı fikir ayrılıqlarını həll etməyə çağırıb. O deyib ki, veteranların məsuliyyətini vətənləri daşımalıdır. Prezident bildirib ki, Amerika veteranlara üz tutub, ölkə problemlərinin həllində onlardan yardım istəməlidir.

Qeyd edək ki, dekabrın 31-dək ABŞ qüvvələrin İraqı tərk etməlidir.

XS
SM
MD
LG