ABŞ prezidenti Barak Obama iqtisadiyyat və təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədi ilə Avstraliyadadır. Kanberrada ABŞ dövlət başçısı Avstraliyanın baş naziri Culiya Gillardla görüşüb. Görüşdən sonra müxbirlərlə danışan liderlər Darvin şəhərində Amerikanın dəniz qüvvələri bazasının mövcudluğu barədə məlumat verib. 200-lə 250 əsgərdən ibarət qüvvə hər 6 aydan bir əvəz ediləcək. Obama Avstraliyaya Havayda ev sahibliyi etdiyi APEC ölkələrinin sammitindən sonra gedib.

Cənab Obamanın səfəri ABŞ-Avstraliya müdafiə sazişinin əldə edilməsinin 60-cı ildönümünə təsadüf edir. Barak Obama Avstraliyaya səfər edən beşinci ABŞ prezidentidir. Prezident Avstraliyadan İndoneziyanın Bali şəhərində keçiriləcək APEK sammintə yola düşəcək.