Accessibility links

Barak Obama dünya liderlərinin qlobal iqtisadiyyatın sabitləşdirilməsi sahəsində gördüyü işləri yüksək qiymətləndirib

ABŞ prezidenti Barak Obama dünya liderlərinin qlobal iqtisadiyyatın sabitləşdirilməsi sahəsində gördüyü işləri yüksək qiymətləndirib. O deyib ki, Avropanın borc böhranının həll ediləcəyinə inanır.

Böyük İyirmiliyin sammitinin başa çatmasından sonra müxbirlərlə danışan ABŞ dövlət başçısı qarşıda hələ görüləcək çox işin qaldığını bildirib. Barak Obama deyib ki, Avropa liderləri Yunanıstanın borc böhranının həllinə artıq təməl yaradıb və indi Avropa planı həyata tətbiq edilməlidir. ABŞ prezidenti ölkəsinin böyük bir iqtisadiyyat kimi öz daxili iqtisadiyyatını möhkəmləndirməyin vacibliyini dərk etdiyini vurğulayıb.

XS
SM
MD
LG