Accessibility links

Obama Hindistanın Respublika Günü münasibəti ilə keçirilən tədbirin fəxri qonağı olub [Fotoqalereya]


ABŞ prezidenti Barak Obama Hindistanın Respublika Günü münasibəti ilə keçirilən paradda iştirak edən ilk Amerika lideridir. Hindistan 1950-ci ildə yanvarın 26-da müstəqilliyini elan etmişdi.

Dehlidə keçirilən parada toplanmış insanlar Hindistanın baş naziri Narendra Modi, prezident Barak Obama və onun xanımı Mişel Obamayn alqışlarla salamlayıblar.

ABŞ prezidentin Hindistana üç günlük səfəri bazar günü başlayıb. O, cənab Modi ilə bir sıra müqavilələrə imza atacaq.

Hər iki lider uzun müddətdir nüvə enerjisinə dair əldə oluna bilməyən müqailə ilə bağlı razılığa gəldiklərini elan ediblər.

ABŞ 2008-ci ildə Hindistanı mülki nüvə texnologiyası ilə təmin edəcəyi barədə razılaşma imzalayıb. Ancaq Hindistan qanunlarındakı bəzi maneələr bu razılaşmanın həyata keçirilməsinin qarşısını alıb

Cənab və xanım Obama bazar günü iştirak etdikləri ziyafətdə prezident Pranab Muxercin ABŞ və Hindistan arasında əlaqələrin möhkəmlənməsi şərəfinə badə qaldırıb.

Cənab Obama Amerika və Hindistan iş adamlarının iştirak edəcəyi forumda çıxış edib.

ABŞ prezidenti çərşənbə axşamı Tac Mahala planlaşdırılmış ziyarəti təxirə salaraq, Kral Abdullanın ölümü ilə əlaqədar Birləşmiş Ştatlar tərəfindən baş sağlığı bildirmək üçün Səudiyyə Ərəbistanına səfər edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG