Accessibility links

Obamanın illik hesabat məruzəsinin əsas mövzusu vergi siyasəti olacaq


ABŞ prezidenti Barak Obama illik hesabat məruzəsi zamanı Amerikanın ən varlı insanlarının vergilərinin artırılmasını təklif edəcək. Hesabat məruzəsindən sonra Konqresin hər iki palatasının birgə iclası keçiriləcək. Bu iclasda cənab Obamanın prezidentliyi dövründə ilk dəfə olaraq Konqresdə əksəriyyəti Respublikaçılar təşkil edəcək.

Cənab Obama insanların aksiya, borc qəbzləri və əmlak kimi aktivlərdən olan gəlirləri üçün vergilərin artıırılması, milyonlarla dollar dəyərində miras əmlakların vergidən azad olunmasının ləğv eedilməsi və ölkədəki ən böyük maliyyə şirkətlərinə ödəniş tətbiq edilməsinə dair təkliflərini irəli sürəcək. Prezident bunlardan alınan gəlirlə (gələn on ildə bu gəlirin 320 milyard dollar təşkil edəcəyi gözlənilir) orta təbəqəli amerikalıların vergilərini azaltmaq və kollec tələbələrini təhsil haqqından azad etmək istəyir.

Respublikaçılar artıq bu təklifləri əsaslı sürətdə rədd ediblər. Lakin respublikaçıların Konqresə nəzarət etmələrinə baxmayaraq, Obama respublikaçıların bir sıra prioritet təklifçərini veto edəcəyinə vəd edib. Buna Kanadadan ABŞ-ın Meiksika Körfəi sahilinə neft nəql edən boru kəməri layihəsinin ləğvi və Obamanın səhiyyə islahatları qanununa dəyişikliklər daxildir.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG