Accessibility links

Barak Obama İranın dini liderinə məktub göndəribmi?


Ağ Ev prezident Barak Obamanın İranın ali dini lideri Ayətulla Əli Xameneyiyə İslam Dövləti qrupu ilə mübarizə barədə məktub göndərməsi barədə yayılan xəbəri nə təkzib, nə də təsdiq edib.

Sözçü dünən Coş Ernest deyib ki, o, prezident və digər dünya lideri arasında hər hansı şəxsi təması müzakirə etmək səlahiyyətinə malik deyil.

Sözçü habelə ABŞ-ın İranla danışıqları genişləndirərək buraya nüvə proqramından başqa mövzuları da əlavə etdiyini bildirib.

ABŞ dövlət katibi Con Kerri bazar günün Omanda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Ketrin Eştonla görüşərək nüvə sazişini müzakirə edəcək.

Cənab Obama isə Ağ Evdə jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar və P5+1 müttəfiqləri İrana nüvə razılığına dair çərçivə razılığını təqdim edib.

XS
SM
MD
LG