Accessibility links

Roma Papası ispan missioner Hunipero Serranın kanonizasiyası (müqəddəsləşdirilməsi) mərasiminə rəhbərlik edəcək


Fransisin ispan dilində söyləyəcəyi nitqi dinləməyə 25 min insan toplaşıb

Roma Papası Kaliforniyadakı ABŞ Katolik Kilsəsinin yerləşdiyi məbəddə ilk dəfə kilsə sözünü yayan ispan missioner Hunipero Serranın kanonizasiyası (müqəddəsləşdirilməsi) mərasiminə rəhbərlik edəcək.

Fransisin ispan dilində söyləyəcəyi nitqi dinləməyə 25 min insan toplaşıb. Onlar arasında bir neçə min iospan mənşəli Kaliforniya sakini yer alır.

Roma Papası Fransis Ağ Evdə prezident Barak Obama tərəfindən təntənəli sürətdə qarşılanıb. Papanı görmək üçün on minlərlə insan Vaşinqtona axışıb. Papa Fransis Ağ Evdəki görüşdən sonra Roma Katolik kilsəsində dini ayində iştirak edib.

Barak Obama Fransis ilə sosial və iqtisadi bərabərsizliklə yanaşı, iqlim dəyişikliyinə qarşı mübarizə məsələlərini müzakirə edib.

Roma papası Amerikanı iqlim dəyişikliyi sürətinin azaldılması üçün lazımi ölçülər götürməyə çağırıb. O, dünyanın önəmli bir dönəmdən keçdiyini bildirib.

Barak Obama planetin müdafiəsinin Amerika və dünya xalqlarının borcu olduğu ilə razılaşıb.

Ağ Evin hətəyində Fransisin çıxışını 15 min insan dinləyib.

Papa Fransis həmçinin İslam Dövləti qrupu tərəfindən Suriya və İraqda xristianlar və yezidi dini azlıqlarına qarşı hücumlar barədə danışıb.

Müzakirə olunan məsələlər arasında mühacirət qanunu, İran nüvə razılaşması, Birləşmiş Ştatlar və Kuba arasında əlaqələrin normallaşması olub.

Administrasiya rəsmiləri bildirib ki, papanın iki ölkə arasında əlaqələrin bərpasında rolu böyükdür.

Prezident Obama ilə görüşündən sonra Fransis Milli Parkda paradda iştirak edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG