Accessibility links

Barak Obama seçicilərə respublikaçıların məramları ilə bağlı xəbərdarlıq edir


Barak Obama seçicilərə respublikaçıların məramları ilə bağlı xəbərdarlıq edir
Barak Obama seçicilərə respublikaçıların məramları ilə bağlı xəbərdarlıq edir

Həftəlik müraciətində prezident deyib ki, respublikaçı qanunvericilər siyasi qazancı dağıdıcı maliyyə praktikasının və riskli ipotekaların qarşısını alan qanundan üstün tutur. Prezident həmçinin bildirib ki, qanun vergiverənləri bundan sonra iflasla üzləşən maliyyə qurumlarını xilas etməkdən qoruyur.

ABŞ prezidenti Barak Obama seçicilərə xəbərdarlıq edir ki, Respublikaçı rəhbərlik “Wall Street İslahatları” haqda qanunu ləğv etmək istəyir. Cənab Obamanın fikrincə bu qanunun qəbulu orta sinif üçün böyük qələbədir. Həftəlik müraciətində prezident deyib ki, respublikaçı qanunvericilər siyasi qazancı dağıdıcı maliyyə praktikasının və riskli ipotekaların qarşısını alan qanundan üstün tutur. Prezident həmçinin bildirib ki, qanun vergiverənləri bundan sonra iflasla üzləşən maliyyə qurumlarını xilas etməkdən qoruyur. Cənab Obama söyləyib ki, maliyyə islahatlarının ləğvi iqtisadiyyatın sabitləşdirilməsinə əngəl törədəcək.

Respublikaçıların cavab müraciətində Cənubi Dakotadan senator Con Tyun partiyasının cənab Obamanın iqtisadiyyatı dirçəltmək üçün irəli sürdüyü stimul paketini tənqid edib. Senator Tyun habelə prezidentin səhiyyə sistemindəki ölçülərini və varlılara şamil edilən vergi imtiyazlarının müddətini uzatmamasını pisləyib.

XS
SM
MD
LG