Accessibility links

Barak Obama Vladimir Putinlə qeyri-rəsmi söhbət aparıb


ABŞ prezidenti Barak Obama Rusiyanı sentyabrda Kiyevlə Ukraynanın şərqində Moskvanın dəstəklədiyi üsyançılar arasında əldə olunmuş razılığına hörmət etməyə çağırıb.

Ağ Evin Milli Təhlükəsizlik müşavirinin müavini Ben Rodsun sözlərinə görə, prezident Obama bu mesajı Pekində bu həftə keçirilən sammitdə qeyri-rəsmi söhbət zamanı Rusiya prezidenti Vladimir Putinə çatdırıb.

Rods habelə jurnalistlərə bildirib ki, cənab Obama gələn həftə Avstraliyanın Brisbane şəhərində keçiriləcək Böyük İyirmilik görüşündə Ukrayna böhranını Avropa liderləri ilə müzakirə etməyi planlaşdırır.

NATO və Avropa müşahidəçiləri Rusiya tankları, əsgərləri və silah-sursatının bir neçə gün əvvəl sərhədi keçməsi barədə məlumat verib.

Moskva dəfələrlə Ukraynada hər hansı hərbi fəaliyyəti olmasını rədd edib və üsyançılarla döyüşən Rusiya əsgərlərinin könüllü şəkildə orada olduğunu bildirir.

XS
SM
MD
LG