Accessibility links

Barak Obama Yaxın Şərq tiranlarına mesaj verdi


Barak Obama Yaxın Şərq tiranlarına mesaj verdi
Barak Obama Yaxın Şərq tiranlarına mesaj verdi

ABŞ prezidenti Suriyanın həmçinin qətl və kütləvi həbslər yolunu seçdiyini vurğulayıb. Barak Obama Suriya prezidenti Bəşar əl-Əsədi ya demokratiyaya keçidə vasitəçilik etməyə ya da yoldan çəkilməyə çağırıb.

ABŞ prezidenti Barak Obama Dövlət Departamentindəki çıxışında Yaxın Şərq və Şimali Afrikada cərəyan edən tarixi dəyişiklikləri alqışladığını bildirib. Eyni zamanda o, təəssüflə bəzi ölkələrdə dəyişikliyə çağırışların zorakılıqla qarşılandığını qeyd edib.

Dövlət Departmanetində nitq söyləyən cənab Obama ən pis nümunə kimi Liviyanın adını çəkib, və orada Müəmmər Qəzzafinin öz xalqına qarşı müharibəyə başladığını deyib. ABŞ prezidentinin sözlərinə görə əgər Amerika və onun tərəfdaşları hərəkətə keçməsəydi, minlərlə adam qırılardı.

O, Suriyanın həmçinin qətl və kütləvi həbslər yolunu seçdiyini vurğulayıb. Barak Obama Suriya prezidenti Bəşar əl-Əsədi ya demokratiyaya keçidə vasitəçilik etməyə ya da yoldan çəkilməyə çağırıb. O, Suriya hökumətini nümayişilərə atəş açmağı dayandırmağa, dinc toplaşmalara icazə verməyə və ədalətsiz həbslərə son qoymağa çağırıb.

Cənab Obama qeyd edib ki, ötən altı ayda Şimali Afrika və Yaxın Şərqdə baş verənlər nəticəsində iki lider hakimiyyətdən gedib və daha çoxları yaxın gələcəkdə hakimiyyəti tərk edə bilər. Bu istefalar xalqın ayağa qalxması nəticəsində baş verib.

Onun sözlərinə görə ABŞ xarici siyasətinin başlıca prioriteti region boyu islahatlara və demokratiyaya keçidə dəstək verməkdir. Cənab Obama bu səylərin Tunis və Misirdən başlayacağını elan edib.

Cənab Obama həmçinin deyib ki, İsraillə fələstinlilər arasında sülh həmişə olduğundan da mühümdür. Barak Obama sabah Ağ Evdə İsrail baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

XS
SM
MD
LG