Accessibility links

Sabiq ABŞ generalı məxfi məlumatları mediaya sızdırmaqda ittiham olunur


ABŞ mediasının məlumatına görə Birgə Qərargahlar rəisinin sabiq müavininə qarşı ittihamlar irəli sürülüb. O, İranın nüvə obyektlərinə qarşı həyata keçirilmiş kiber hücumlarla bağlı məlumatları ictimaiyyətə sızdırmaqda ittiham olunur.

NBC xəbər agentliyi və Vaşinqton Post qəzetinin xəbərinə görə ABŞ Ədliyyə Nazirliyinin dəniz donanmasının hazırda təqaüddə olan sabiq generalı Ceyms Kartraytla bağlı istintaq başlayıb. O, mətbuat orqanlarına “Stuxnet” komputer virusu haqda məlumat verməkdə ittiham olunur.

Vaşinqton Post-un məlumatına görə Stuxnet virusu prezident Corc Buşun nəzarəti altında təşkil olunan “Olimpiya Oyunları” adlanan kiber əməliyyatının bir hissəsi olub. Keçən il Nyu-York Tayms qəzeti sabiq generalın əməliyyata nəzarət etməsi barədə məlumat yaymışdı.

İran hökümətinin rəsmiləri 2010-cu il noyabr ayında bildirmişdilər ki, komputer virusu müvəqqəti olaraq nüvə zənginləşdirmə proqramını dayandırmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG