Accessibility links

Barak Obamanın ögey qardaşı Trampa səs verəcək


ABŞ prezidenti Barak Obamanın ögey qardaşı olan Malik Obama noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampa səs verəcəyini deyib.

Obamanın ögey qardaşı “The New York Post”-a müsahibəsində Respublikaçı namizədi “ürəkdən danışdığı üçün” və onun “Amerikanı yenidən möhtəşəm edək” şüarına görə dəstəklədiyini deyib.

Malik Obama qardaşının və keçmiş dövlət katibi Hilari Klintonun bəzi qərarlarını, xüsusilə də onların 2011-ci ildə Liviya lideri Müəmmər Qəzzafinin devirmək qərarını tənqid edib.

Trampın ABŞ-a gələcək müsəlmanlar barədə mövqeyi hətta onun kimi müsəlmanlar üçün də başa düşüləndir
Malik Obama

“Mən hələ də düşünürəm ki, Qəzzafidən qurtulmaq Liviyada vəziyyəti daha yaxşı etmədi. Qardaşım və dövlət katibi bu məsələ ilə bağlı məni məyyus etdi,” deyə Malik Obama bildirib.

Hillari Klinton bu həftə Demokrat partiyasının prezidentliyə namizədliyini Filadelfiyada keçiriləcək qurultayda qəbul edəcək.

Reuters xəbər agentliyinə verdiyi digər müsahibədə Malik Obama Trampın ABŞ-a gələcək müsəlmanlar barədə mövqeyinin hətta onun kimi müsəlmanlar üçün də başa düşülən olduğunu deyib.

XS
SM
MD
LG