Accessibility links

Prezident Obama Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib


Prezident Barak Obama
Prezident Barak Obama

“Ümidvaram ki, müqəddəs Ramazan ayı bütün müsəlmanlara səxavət və mənəvi saflıq gətirəcəkdir”, - prezidentin təbrikində deyilir .

ABŞ Prezidenti Barak Obama Azərbaycan dövlətinin başçısı İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.
"Ramazan ailələrin və icmaların xoş niyyət, savab iş, nəcib əməllər ənənəsinin qeyd edildiyi bayramdır. Bu müqəddəs bayramı qeyd etdiyiniz bir vaxtda Amerika xalqı adından Sizə və xalqınıza ən xoş arzu və diləklərimi yetirirəm. Ümidvaram ki, müqəddəs Ramazan ayı bütün müsəlmanlara səxavət və mənəvi saflıq gətirəcəkdir. Qoy qarşıdan gələn bayram Sizə və xalqınıza sülh, cansağlığı və rifah gətirsin. Ramazan bayramınız mübarək!", - cənab Obamanın təbrikində deyilir.
XS
SM
MD
LG