Accessibility links

Barbara Buş irsi [Video]


Barbara Buş irsi
please wait
Embed

No media source currently available

0:00 0:02:29 0:00

Corc H.W. Buş ofisinin rəsmi məlumatında ailəsinin iki üzvü Ağ Evın nümyəndəsi olan, siyasi sülalə başçısı, gözəl ana Barbara Buşun çərşənbə axşamı vəfat etdiyi açıqlanıb.

Barbara Pirs Buş 1990-cı illərin əvvəllərində həyat yoldaşı ölkənin 41-ci prezidenti olan dövrdə Birləşmiş Ştatların birinci xanımı idi. O, 6 uşağından biri, 2000-ci ildə prezident seçilən oğul Corc W.Buşun anası olub. "Prezidentlə evli olarkən mən narahatlıq keçirərdim. Vaxtilə “Kiçik liqaya” apardığım, “otağını yığışdır” deyə, bağırdığım şəxsi indi prezident kimi görmək həqiqətən gözəldir” deyə, xanım Buş bildirir.

O, özünün tükənməz sadiqliyi ilə də tanınırdı. “Həyat yoldaşımın tənqid edilməsi mənim xoşuma gəlməzdi. Oğlumun tənqid edilməsi isə məni özümdən çıxarardı.”

Hyuston universitetinin professoru Nensi Bek Yanqın dediyinə görə, təvazökar bir insan olan xanım Buşun ən böyük mirası onun təhsilə verdiyi qiymət idi. “Yazıb oxumaq - Hər kəsə bu imkanın verilməsini istəyirdi. O, Ağ Evdə keçirilən bir çox tədbirdə digər sosial imkanlara malik olmasa belə, insanlar üçün yazıb-oxumağın vacibliyini önə çəkirdi.”

Barbara Buşun təsis və 30 ilə yaxın idarə etdiyi “Ailədə savad” fondu Birləşmiş Ştatlar boyu təhsil proqramlarının yaradılması və inkişafı üçün 110 milyon dollardan çox vəsait toplamışdı. Nensi Yanq: “Ağ Evdə olarkən o, “Millinin kitabı” Millinin Ağ Ev həyatından bəhs edir. O, bu kitabın satışından əldə etdiyi milyonlarla dollarlıq vəsaiti savadsızlıqla mübarizəyə sərf edib.

Nensi Yanq deyir ki, o, həm də sözü üzə deyən insan idi. “O həmişə olduğu kimi görünürdü. O, özünə sadiq insan idi. Onun mətbuat katibinə dediklərinin hamısı yazılaraq, saxlanıb. Onun dediyi, dediyi kimi idi.”

Buş ailəsinin matriarxı 1925-ci il, iyun ayının 8-də anadan olmuşdu. Həyat yoldaşı ilə 73 il yaşayan xanım Buş onunla müharibəyə getməzdən az əvvəl nişanlanmışdı. Corc W. Buş: “Mən qara səmaya baxaraq, itirdiyim dostlarım, sevdiyim ölkəm və Barbara adlı qızı düşünürdüm.”

O, iki qızından birini 3 yaşında ikən leykimiyə xəstəliyi səbəbindən itirmişdi və bu, onun üçün böyük faciə olmuşdu.

Onun qız nəvələrindən biri “Dünya Barbara Buş yaşadığı üçün daha da gözəlləşmişdi” dedi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG