Accessibility links

ABŞ Baş prokuroru səsvermə pozuntuları ilə bağlı "əsaslı iddiaları"n araşdırılmasına göstəriş verib


ABŞ Baş prokuroru Villiam Barr ölkənin federal prokurorlara prezident seçkiləri təsdiqlənməmişdən əvvəl səsvermə pozuntuları ilə bağlı "əsaslı iddiaları"n araşdırılmasına göstəriş verib.

Barr bu qərarı medianın demokrat Co Baydeni Ağ Ev uğrunda mübarizənin qalibi elan etməsindən bir neçə gün sonraya təsadüf edir. Baş prokurorun bu addımı Prezident Donald Trampın Ədliyyə Nazirliyindən belə bir nəticəyə qarşı çıxmaq üçün istifadə etməsi ehtimalını artırır.

Barrın qərarı prokurorlara səsvermə rəsmi olaraq təsdiqlənənə qədər bu cür açıq əməliyyatları müntəzəm olaraq qadağan edən Ədliyyə Nazirliyinin siyasətlərinə əhəmiyyət verməmək imkanı verir.

Tramp məğlubiyyətini etiraf etmir və bunun əvəzinə səsləri Baydenin lehinə təhrif edən bir neçə ştatın böyük bir Demokratik sui-qəsd hazırladığını elan edib.

Demokratlar bu ittihamları tamamilə əsassız adlandırır.

Federal prokurorlara göndərilən və Associated Press-in əldə etdiyi memorandumda Barr istintaqın müəyyən ştatlarda “təsdiqləndikdə seçkilərin nəticələrinə təsir göstərə biləcək qanunsuz hərəkətlərə dair açıq və etibarlı iddialar olduğu təqdirdə aparılacağını” bildirib.

Keçmiş vitse-prezident Co Bayden qərargahının vəkili Bob Bauer bazar ertəsi günü deyib ki, "Baş prokuror Barrın yanıldıcı, spekulyativ, xəyali fikirlərin yayılmasını asanlaşdıracaq bir memorandum qəbul etməsi təəssüf doğurur.

Ştatlar dekabrın 8-dək səslərin yenidən sayılması və məhkəmə iddiaları da daxil olmaqla, fikir ayrılıqlarını həll etməlidir. Seçki Kolleqiyasının üzvləri dekabrın 14-də son açıqlama üçün görüşməlidir.

Bu arada, Prezident Trampın seçki kampaniyası Pennsilvaniya ştatının Co Baydenin qələbəsini təsdiqləməsinin qarşısını almaq üçün federal bir iddia qaldırıb.

Qərargah və iki qeydə alınmış seçici tərəfindən açılan məhkəmədə Pennsilvaniyanın poçt sistemində "bir seçki məntəqəsində səs verənlərin keçirdikləri bütün şəffaflıq və nəzarətin olmadığı" iddia edilir.

Dövlət orqanlarının ABŞ Konstitusiyasını pozaraq "fərdi səsvermənin poçt səsverməsindən daha çox araşdırmalara məruz qaldığı" qanunsuz iki qatlı səsvermə sistemi" yaradıldığı iddia edilir.

Aylardır saxtakarlıq iddiaları ilə seçki nəticələrini şübhə altına almağa çalışan Prezident Tramp səslərin nəticələrinin ləğvinə nail olacağına dair strategiya tətbiq edəcəyinə söz verib.

Tramp kampaniyası və Respublikaçılar seçki günündən bəri saxtakarlığa görə çoxsaylı iddia qaldırıblar. Corciya və Miçiqan ştatlarının hakimləri artıq iddiaları nəzərdən keçirməkdən imtina edib.

Trampın Pennsilvaniya ilə bağlı iddiasını keçmiş prezident Barak Obama tərəfindən təyin edilən bölgə hakimi Metyu Brann dinləyəcək.

Pennsilvaniyanın demokrat Baş prokuroru Çoş Şapiro iddianı əsassız adlandırıb.

Şərhlərə bax

XS
SM
MD
LG