Accessibility links

Barselona hücumunda şübhəli bilinənlər daha böyük hücumlar planlaşdırıldığını deyib


Keşən həftə Barselonada ölümlə nəticələnən hücumda əli olmaqda şübhəli bilinən İslamçı qrupun üzvü bu gün İspaniya məhkəməsi qarşısına çıxarılıb. Məhkəmə mənbələrindən əldə edilən məlumata görə, saxlanılan şübhəli şəxs qrupun partlayıcılardan istifadə etməklə daha böyük hücum həyata keçirməyi planlaşdırdığını deyib.

Bu ifadələri həbs edilən dörd şübhəlidən biri olan Məhəmməd Huli Çimlal İspaniyanın Ali Məhkəməsində bağlı qapılar arxasında keçirilən ilk dinləmə zamanı verib.

Digər iki şübhəli isə məhkəməyə hücumun əsas təşkilatçısının İspaniyanın şimal-şərqindəki kiçik şəhərin imamı olan Əbdelbaki Es Sattinin olduğunu bildirib. Məhkəmə mənbələrindən alınan məlumata görə, prokuror hakimdən istintaqın davam etdiyi müddətdə şübhəlilərin dördünün də həbsxanaya göndərilməsini istəyib.

İspaniyanın "El Mundo" qəzetinin verdiyi məlumata görə, Çimlan məhkəmə qarşısında bildirib ki, qrup memar Antoni Gaudinin Saqrada Familia kilsəsinə və Barselonanın digər tarixi abidələrinə hücum etməyi planlaşdırıb. Bu məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.

XS
SM
MD
LG