Accessibility links

Barselona polisi "terror şübhəlilərinin" yaxalandıqlarını deyir


Barselonada polis terror hücumu ilə əlaqədar iki adamın həbs edildiyini xəbər verir.

"Biz adamı həbs etmişik və hadisəyə terror aktı kimi baxırıq," Kataloniya vilayət polisi Tvittterdə bildirib.

Kataloniya polisi şübhəlilərdən birinin Driss Oukəbir olduğunu deyir.

Driss Oukəbir
Driss Oukəbir

Barselonanın izdihamlı mərkəzində bir maşını insanların üstünə sürərək, azı 12 nəfəri qətlə yetirdikdən və onlarla adamı yaraladıqdan sonra iki silahlı şəxs şəhər barlarından birinə girərək barrikada qurublar.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən İŞİD qətliamın onun "əsgəri" tərəfindən törədildiyini bəyan edib.

İspaniyanın El Periodico qəzeti mənbə adı çəkmədən bildirib ki, şəhərin La-Bakeriya mərkəzində atəş səsləri eşidilib.

Las Ramblas Bulvarı Barselonanın ən izdihamlı küçələrindən biri sayılır.

Yerli media azı 12 nəfərin öldüyünü, 80-ə qədər insanın yaralandığını bildirib. Katalan polisi 32 nəfərin yaralandığını, onlardan 10 nəfərin ağır vəziyyətdə olduğunu bildirib.

Las Ramblas Bulvarı Barselonanın ən izdihamlı küçələrindən biri sayılır.

Yerli media bir qədər öncə hücumda istifadə olunan maşının Driss Oukəbir adlı şəxs tərəfindən kirayələndiyini xəbər vermişdi. Barselona ictimai radiosu hücum olan yerdə Mərakeş əsilli adama məxsus İspaniya pasportu tapıldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG