Accessibility links

Barselonada separatçıların azadlığa buraxılması tələbi ilə nəhəng yürüş keçirilib


Kataloniyanın İspaniyadan ayrılmasını dəstəkləyən yüz minlələ insan bu şənbə yenidən Barcelonanın mərkəzi küçələrində toplaşıblar. Yürüş təşkilatçıları bu dəfə müstəqillik hərəkatının 10 aparıcı simasının həbsdən azad edilməsi tələb ediblər.

Kataloniyanın ləğv edilmiş kabinetinin səkkiz sabiq üzvü və iki fəal hal-hazırda həbsdir. İspaniya rəsmiləri həmin şəxslərin ölkə konstitusiyasına zidd, qeyri-qanuni olaraq müstəqillik bəyan edilməsində rollarını araşdırır.

Madriddə yerləşən məhkəmə, cümə axşamı müstəqilliyi təşviq edən digər altı Katalan qanunvericisinin zaminə buraxılmasını təmin edib.

Barselona polisinin verdiyi məlumata görə, yürüşdə 750,000 insan iştirak edib. İştirakçılar müstəqillik hərəkatının simvolu olan sarı lent taxaraq, “siyasi məhbuslara azadlıq” şüarları səsləndiriblər.

Kataloniya münaqişəsi İspaniyada son 40 il ərzində müşahidə edilən ən ciddi konstitusional böhrandır.

Kataloniya parlamentinin 27 oktyabr tarixində müstəqillik lehinə səs verməsindən və müstəqiliklərini elan etməsindən sonra İspaniya höküməti Senatın verdiyi fövqəladə səlahiyyətlə regionun hökümətini istefaya göndərərək, Kataloniya parlamentini buraxıb və yeni yerli seçkilər keçirilməsi qərarı verib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG