Accessibility links

Barselonada qatar qəzaya uğrayıb


Bu gün səhər radələrində İspaniyanın şimal-şərq bölgəsindəki Barselona şəhərinin Fransiya syansiyasında qəzaya uğrayan qatarda 50 nəfərə qədər insanın yaralandığı bildirilib.

Televiziya kanalları vasitəsilə hadisə yerində yaralananların görüntüləri nümayiş etdirilib.

Katalan regionunun rəsmilərinin dediyinə görə, qəza zamanı bir nəfər ölüb. Qatarın sürücüsü və ağır yaralanan bir neçə nəfər də daxil edilməklə, 18 nəfərin xəstəxanaya çatdırıldığı bildirilib.

Yerli vaxtla səhər saat 7:15-də Fransiya stansiyasına çatan qatar cənubdakı sahil şəhəri San Visens De-Kalders şəhərindən gəlirdi. Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

XS
SM
MD
LG