Accessibility links

Barzaninin Ərdoğanla görüşü gözlənilir


İraqın yarı-muxtar Kürdüstan regional hökumətinin lideri Məsud Barzani çərşənbə günü Ankaraya səfər edir. İraq kürdləri Ankara ilə yaxın siyasi və ticarət əlaqələri yaradıb, mərkəzi Bağdad hökuməti ilə isə həm münasibətlər gərginləşib.

Barzaninin səfəri Ankaranın İraq kürdlərinin liderinə verdiyi əhəmiyyətin göstəricisi hesab edilir. Onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

Barzaninin səfəri Bağdadın Ankaradan İraqda yerləşdirdiyi Türkiyə əsgərləri və tankların ölkədən çıxarılmasını tələb etdiyi vaxta təsadüf edir.

Türkiyə silahlı qüvvələrinin hərbi texnikası İraqla sərhəd bölgədə
Türkiyə silahlı qüvvələrinin hərbi texnikası İraqla sərhəd bölgədə

Türkiyənin İraqın Kürdüstan regionunda keçmiş konsulu Aydın Selcen bu səfərin Barzaninin Bağdada qarşı Ankaranı dəstəkləməsinə daha bir sübut olduğunu deyib.

"Onun razılığı olmadan bunu etmək mümkün olmazdı və onun Ankaraya bu addımın atılmasından sonra gəlişi onun da razı olmadını göstərir"-Aydın Selcen deyə o bildirib.

Barzani və onun Kürdüstan Demokratik Partiyası Ərdoğan və onun iqtidarda olan Ədalət və İnkişaf Partiyası ilə yaxın əlaqələr yaradıb. İraqın Kürdüstan regionu Türkiyənin ən mühüm enerji tərəfdaşlarından birinə çevrilib, xüsusilə də enerji sahəsində.

Hərbi təhlilçi və şərhçi Metehan Demirin sözlərinə görə, çərşənbə günü görüşdə tərəflərin bir-birinə tələblər irəli sürəcəyini gözləmək olar.

"Türkiyə PKK-ya qarşı daha effektiv, daha səmimi səylər göstərilməsini itəyəcək, Barzani isə Türkiyədən regional məsələlərdə onu İraq hökumətinə qarşı daha çox dəstəkləməyə çağıracaq"-deyə Metehan Demir bildirib.

Barzaninin eyni zamanda, Ankaraya kürdlərin üsyançı qrupu PKK ilə sülh prosesinə başlaması üçün təzyiq göstərəcəyi gözlənilir.

"Türkiyə PKK-ya qarşı daha effektiv, daha səmimi səylər göstərilməsini itəyəcək, Barzani isə Türkiyədən regional məsələlərdə onu İraq hökumətinə qarşı daha çox dəstəkləməyə çağıracaq"- hərbi təhlilçi və şərhçi Metehan Demir

Keçmiş diplomat Selcen Barzani üçün hazırda əsas prioritetin İslam Dövləti yaraqlılarına qarşı mübarizə olduğunu deyib.

"Barzani heç bir kürd qruplaşması ilə silahlı münaqişə istəmir. Xüsusilə də PKK-nin Suriyada İŞİD-in geri çəkilməsində aktiv rol oynadığı və onların Türkiyə tərəfindən təzyiqlərə məruz qaldığı bir vaxtda. PKK və ya KDP-yə qarşı hər hansı bir açıq addım fikrimcə, İraq Kürdüstanında ictimaiyyət tərəfindən dəstəklənməyəcək"-deyə o bildirib.

Müşahidəçilərin fikrincə, İraqın Kürdüstan regionunda onun idarəçiliyi ilə bağlı dərin fikir ayrılıqlarına üstün gəlməyə çalışdığı vaxt Barzani üçün ictimai fikir böyük önəm daşıyır. İslam Dövləti qrupuna qarşı birgə mübarizə platforması bu prosesə kömək edə bilər.

XS
SM
MD
LG