Accessibility links

Obama Hərbi Dəniz Donanması generalını Birgə Qərargahlar rəsisi vəzifəsinə nominasiya edib


Cozef Danford ötən ilin oktyabr ayında Hərbi Dəniz Donanması Korpusunun komandanı təyin olunub

ABŞ prezidenti Barak Obama Hərbi Dəniz Donanması korpusunun komandanı, genera Cosef Danfordu Birgə Qərargahlar rəisi vəzifəsinə nomanisya edib. Birgə Qərargahlar rəisi prezidentin baş hərbi müşaviri kimi fəaliyyət göstərir. Danfordun təyinatı mürəkkəb, Çinin gücləndiyi, Rusiyanın dirçəldiyi, Yaxın Şərq və Afrikada terrorçu qruplara qarşı əməliyyatların davam etdiyi, eləcə də hərbi büdcənin azaldığı bir vaxt baş verir.

O bütün vəzifələrdə qısa müddətdə çalışıb. O, rütbələrinin sürətli şəkildə artması ilə tanınır, amma o, həm də çox yaxşı döyüş komandiri kimi reputasiyaya malikdir. Məncə, onun İraqda ləqəbi “Döyüşçü Co” olub

Təxminən iki il əvvəl İraqda alay komandiri vəzifəsində xidmət etdikdən sonra 59 yaşlı Danfordun rütbələri sürətli şəkildə artıb. Havay-Sakit okeanı Universitetinin Diplomatiya və Hərbi Elmlər fakültəsinin rəhbəri Patrik Bratton Danfordun tez bir zamanda dörd-ulduzlu general rütbəsinə yüksəlişi hər zamankından daha sürətli olub.

“O bütün vəzifələrdə qısa müddətdə çalışıb. O, rütbələrinin sürətli şəkildə artması ilə tanınır, amma o, həm də çox yaxşı döyüş komandiri kimi reputasiyaya malikdir. Məncə, onun İraqda ləqəbi “Döyüşçü Co” olub. O, beynəlxalq hərbi icmada koalisiya tərəfdaşları ilə yaxşı əlaqələrə sahibdir. Elə görünür ki, Iraqda da ondan rütbəcə aşağı olan insanlarla da münasibətləri yaxşı olub.”

Danford 18 ay Əfqanıstanda ABŞ və koalisiya qüvvələrinin komandiri vəzifəsində xidmət edib. Daha sonra o, oktyabr ayında Hərbi Dəniz Donanması Korpusunun komandanı təyin olunub.

Birgə Qərargahlar rəisi vəzifəsi Senat tərəfindən iki il müddətinə təsdiq olunmalıdır. Senatın Silahlı Qüvvələr komitəsinin sədri respublikaçı Con Makkeyn Danfordu “görkəmli lider” adlandırıb. Makkeyn Danfordun təyinatı ilə bağlı sevincini ifadə edib.

Komitənin yüksək səviyyəli demokrat üzvü Cek Rid Danfordun namizədliyini dəstəklədiyini bildirərək, onun "bu çətin zamanlarda orduya rəhbərlik etmək üçün lazımı təcrübə və dünyagörüşünə malik olduğunu" öz Twitter səhifəsində yazıb.

Havayda fəaliyyət göstərən Sakit Okeanı Forumu adlı təhlükəzilik məsələləri ilə məşğul olan beyin mərkəzinin icraçı direktoru Karl Beyker Danfordu yaxşı seçim adlandıraraq, deyib ki, onun İraq, eləcə də Əfqanıstan haqda geniş məlumata malik olması və eyni zamanda, Vaşinqtonda geniş əlaqələri namizədliyinin təsdiq olunacağını gözləməyə əsas verir.

Beyker bildirir ki, cənab Obamanın prezidentliyinin son iki ilində Birgə Qərargahlar rəisi olaraq Danford bir sıra şətinliklərlə qarşılaşacaq. Buraya İslam Dövləti, yəni İŞİD-ə qarşı mübarizə, İraqda hərbi əməliyyatların davam etdirilməsi və bir sıra digər məsələlər daxildir.

Baker deyir ki, Rusiyanın Ukraynadakı təcavüzü NATO İttifaqında gərginlik yaratdığı üçün Danford bu məsələyə də nəzər yetirməli olacaq.

Təsdiq olunsa Cozef Danford ordu generalı Martin Dempsini əvəz edəcək. Dempsi artıq dörd ildir Birgə Qərargahlar rəisi vəzifəsində çalışır. Bundan əlavə cənab Obamanın hazırda ABŞ Nəqliyyat komandanı vəzifəsində çalışan Hərbi Hava Qüvvələri generalı Pol Selvanı rəis müavini vəzifəsinə nominasiya edəcəyi gözlənilir.

XS
SM
MD
LG