Accessibility links

Azərbaycan prezidenti İran prezidentinə başsağlığı verib


İlham Əliyev və Həsən Ruhani
İlham Əliyev və Həsən Ruhani

Prezident İlham Əliyev İranda baş verən terror hücumu nəticəsində həyatını itirənlərlə bağlı İran prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib. Azərbaycan Xarici İşlər Nazirliyi isə terroru pisləyən bəyanat yayıb.

Prezident Əliyevin başsağlığında deyilir ki,Tehranda törədilmiş terror aktları terrorizmin bütün dünya üçün dəhşətli bir bəlaya çevrildiyini, onun bütün təzahürlərinə qarşı birgə səylərlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.

İranda terror hücumu
İranda terror hücumu

“Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, prezident qeyd edib.

Hikmət Hacıyev
Hikmət Hacıyev

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında isə deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir.

“Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir", Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG