Accessibility links

Əlillərin basketbol komandası


Əlillərin basketbol komandası
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Urdular deyər: "Qalxın, belinizi bərkidin, sonra görün Allah nə edir". Hindistan Kəşmirində fiziki qüsurları olan bir qrup gənc qız və oğlan elə bunu edir. Onlar ümidlərini itirmədiklərini qeyri-adi bir yolla, əlil arabasında basketbol oynamaqla göstərir. Paytaxt Şrinaqarda üç gün keçirilən basketbol yarışlarında 24 fiziki qüsurlu gənc iştirak edib. Onlar öz məharətləri ilə çoxlarını heyran qoydu.

Dünyaya fiziki qüsurla gəlmək bir şeydir. Lakin sonradan əlil olanların buna alışması üçün uzun müddət gərəkdir. Fiziki qüsurları olan gənclər üçün yaradılan bu yeni basketbol komandası arabada olan bir çox qız və oğlanın həyatını dəyişib. Bəzilərində hətta gələcəyə ümid yaranıb. İnşa Bəşir: "Mən qəza keçirdikdən sonra dərin depressiyaya düşdüm. Yaşamaq istəmirdim. Valideynlərim də mənimlə birlikdə əzab çəkirdi. Lakin mən bu oyuna başlayandan bəri özümü çox yaxşı hiss edirəm. İndi mən milli komandanın oyunçusuyam. Mən öz ölkəmizi təmsil edirəm."

İnşa Bəşir və onlarla digər əlil oyunçu bu yaxınlarda Srinaqarda əlil arabasındakı peşəkarların oyunlarında iştirak edib. Əlil arabasında basketbol oynayanların müxtəlif fiziki qüsurları var və bu oyunlar Paralimpik oyunları idi.

Varun Ahlavat komandanın məşqçisidir: "Məqsəd əlil arabasındakı insanlara basketbol oyununu öyrətmək və bu oyuna diqqəti cəlb etməkdir. Bu dəfə Kəşmir qızların oynamasını istəyir və bizim artıq 4 qızımız var. Mən əminəm ki, bu oyunlarda qızlar da iştirak edə bilər."

Təxminən 30 ilə yaxındır davam edən münaqişə səbəbindən Kəşmirdə əlillərin sayı da artıb. Bəşir ən əsası ümidin itməməsi olduğunu deyir. "Basketbol mənim həyatımın bir hissəsi olub. Mən demək istəyirəm ki, məğlub olmayın" deyə, İnşa Bəşir bildirir.

İştirakçılar arasında ruh yüksəkliyini qaldırmaq üçün təşkilatçılar daim bu şüara diqqətdə saxlayır: "Mənim qabiliyyətim qüsurlarımdan daha güclüdür."

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG