Accessibility links

Batmaz Molli - Titanik qəzasında sağ qalmış denverli xanımın maraqlı həyat hekayəsi


Batmaz Molli - Titanik qəzasında sağ qalmış denverli xanımın maraqlı həyat hekayəsi
please wait

No media source currently available

0:00 0:04:29 0:00

1912-ci ilin 10 aprel tarixində həmin dövrdə dünyanın ən nəhəng gəmisi Britaniyanın Sauthempton limanından Nyu Yorka yola düşdü. O zaman kim düşünə bilərdi ki, ilk dəfə səyahətə çıxan Titanik bir neçə gün sonra okeanda aysberqlə toqquşaraq, 1500-dən çox insanın həyatına son qoyacaq.

Əslində Marqaret bu gəminin göyərtəsində olmalı deyildi. Nəvəsinin ağır xəstə olduğunu eşidən qayğıkeş nənə, Misirdəki bütün planlarını təxirə salaraq, Amerikaya yola düşən ilk gəmiyə bilet alır və həmin gəmi acı tale yaşayacaq Titanik idi.

1912-ci ildə Titanik batarkən özü ilə bərabər onlarla insanı xilas edən bir insan var idi. Molli Braun adlı bu xanım əslən Denverdən idi və onun çox maraqlı hekayəsi var idi.

Əslində Marqaret bu gəminin göyərtəsində olmalı deyildi. Nəvəsinin ağır xəstə olduğunu eşidən qayğıkeş nənə, Misirdəki bütün planlarını təxirə salaraq, Amerikaya yola düşən ilk gəmiyə bilet alır və həmin gəmi acı tale yaşayacaq Titanik idi.

14 aprel gecəsi gəmidə yaranan panika Marqareti yuxudan oyadır. Gəminin heyəti insanları xilas qayıqlarına yerləşdirməyə başlayanda, Marqaret qayıqlara minən ilk insanlar arasında olmaq istəmədiyini və gəmidə qalıb digər sərnişinləri çıxarmağa kömək etmək istədiyini desə də, xilas qayıqlarına cavabdeh olan hərbçilər onu qayığa itələyir və qayığı suya endirirlər.

Növbəti bir neçə saat ərzində Marqaret Braun və qayığa məsul olan hərbçilər arasında sərt mübahisə səngimirdi. Marqaret 65 nəfərlik qayıqda yalnız 29 nəfərin olduğunu deyərək, geri qayıdıb digər insanları xilas edilməsini tələb edirdi. Lakin, gəminin batması nəticəsində yaranacaq burulğandan qorxduqları üçün, hərbçilər buna razılıq vermədi.

Marqaret, sahilə sağ-salamat çıxdıqdan sonra həyatını tam olaraq xeyriyyə işlərinə və ictimai fəallığa həsr edir. O, ABŞ-da qadınların səs vermə hüququ qazanmasından 8 il öncə Senat seçkilərinə qoşulur. Daha sonra isə kampaniyasını dayandıraraq, Fransaya gedir və birinci dünya müharibəsindən sonra bərpa işlərində çalışır. Əlavə olaraq, Marqaret növbəti illər ərzində Titanik qurbanlarının ailələrinə kömək üçün geniş miqyaslı ianə kampaniyası həyata keçirir. O, qadınların səsvermə hüququ və işçilərin hüquqlarının qorunmasında fəal mübariz olub.

Marqaret, sahilə sağ-salamat çıxdıqdan sonra həyatını tam olaraq xeyriyyə işlərinə və ictimai fəallığa həsr edir. O, ABŞ-da qadınların səs vermə hüququ qazanmasından 8 il öncə Senat seçkilərinə qoşulur.

O zamanın reallığını nəzərə alsaq, bütün bu işlər bir qadın üçün inanılmaz idi. Məhz elə ona görə 1932-ci ildə Marqaret gördüyü əməyə və mübarizəsinə görə Fransanın Fəxri Legion ordenini alır.

Ölümündən sonra Marqeret Braun haqqında əfsanə geniş yayılır. Onun adı qısaldılır və Marqeret Braun, “Batmaz Molli” kimi tanınmağa başlayır. Ona brodvey müziklləri və filmlər həsr edilir.

Denverə səfərimiz zamanı bu əfsanəvi şəxsin ev muzeyini görmək imkanımız oldu. O dövrün standartlarına görə, ev mümkün olan hər bir rahatlığa malik idi. Ev, istilik sistemi və elektrik enerjisi ilə təchiz edilmişdi və burada heç zaman qazdan istifadə edilməyib. Braun ailəsi 1894-cü ildə bu evi 30,000 dollara alır və 1932-ci ildə Marqaretin ölümünə qədər ev ailədə qalır.

Ölümündən sonra isə ev və evin içindəki hər bir əşya ştat məsrəflərini ödəmək üçün ictimai satışa çıxarılır. Başqa bir ailə evi alsa da, 1970-ci ildə özəl parkinq layihəsi ərazisində olduğu üçün dağıdılmalı idi. Lakin Denverin 18 sakini pullarından keçərək, bu evi qoruyur və daha sonra onu muzey edir. İndi isə bu maraqlı insanın hekayəsini eşitmək üçün il ərzində 45,000 insan buranı ziyarət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG