Accessibility links

Baydenin büdcə təklifi ABŞ-ın məsrəf prioritetlərini kəskin şəkildə dəyişdirəcək


Bayden rəhbərliyi aprelin 9-da federal hökumətin 2022-ci maliyyə ilində pullarının necə xərcləməsi istəyini açıqlayıb.

ABŞ Prezidenti təhsil, iş yerləri, səhiyyə və ətraf mühitə yatırım etmə vədləri və Medicare və Sosial Təhlükəsizlik ödənişləri kimi federal xərclərin təqribən üçdə birini əhatə edən 58 səhifəlik xülasə ilə kampaniya həyata keçirib.

Bu plan sabiq Prezident Donald Tramp tərəfindən büdcələri kəsilən agentliklərin maliyyələşdirilməsini bərpa etməklə bir çox siyasi solyönümlü siyasi qüvvələri razı salacaq. Təhsil Nazirliyinin büdcəsi 2021-ci il ilə müqayisədə 41%, Ticarət Departamenti 28%, Səhiyyə və İnsanlar Xidmətləri İdarəsi 24% və Ətraf Mühitin Mühafizəsi Agentliyinin büdcəsi 21% artacaq.

Eyni zamanda, bəzi Demokratlar və demək olar ki, bütün Respublikaçılar müdafiə xərclərinin aşağı templə artımına qarşı çıxacaqlar. Daha geniş mənada, Respublikaçılar ehtimal olunur ki, təmiz enerji tədqiqatları və iqtisadi bərabərsizliyi azaltmaq üçün Demokratların prioritet kimi müəyyənləşdirdiyi xərclərə etiraz edəcəklər.

"Prezident hökumətin həll yolunun bir hissəsi ola biləcəyini düşünəndə büdcə belə olur " - deyə, Brookings İnstitutunun İqtisadi Tədqiqatlar Proqramının baş elmi işçisi və İqtisadi Məsləhətçilər Şurasının keçmiş baş iqtisadçısı Vilyam Geyl bildirib. O həmçinin əlavə edib ki, təhsil, mənzil və Xəstəliklərə Nəzarət Mərkəzləri baxımından bu, çox aqressivdir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG