Accessibility links

Baydenin 6 trilyon dollarlıq büdcəsi bəzi kampaniya vədlərini qarşılamır


Demokrat Co Bayden 2008-ci ildə vitse-prezidentliyə namizəd olduqda atasına aid sözü təkrarlamışdı: “Dəyərinizi söyləməyin. Büdçənizi göstərin, sizin dəyərizi mən söyləyəcəyəm. ”

O vaxt bu, prezidentliyə Demokrat namizəd Barak Obamaya qarşı mübarizə aparan prezidentliyə Respublikaçı namizəd Senator Con Makkeynin siyasətinə tənqid olmuşdu.

Keçən həftə Bayden prezidentliyinin ilk büdcə tələbini açıqlayarkən Demokrat Partiyasının daha liberal guşələrindəki bəzi tərəfdarları onun dəyərlərini sual altına alıb.

2022-ci maliyyə ili üçün 6 trilyon dollarlıq büdcə tələbində partiyanın təhsil, ailələrə dəstək, təmiz enerji kimi bir çox prioritetlərə əhəmiyyətli xərclər təklif edilsə də, Bayden prezident seçkiləri dövründə kampaniya vədlərindəki bir sıra şeylər üçün sıfır dollar ayırıb. Bunlara tələbə kreditlərinin bağışlanması, tibbi sığorta üçün ümumi bir seçim və işsizlik sığortası sistemində islahatlar daxildir.

Partiyanın sol cinahındakı Demokratlar Bayden büdcəsinə sükütla reaksiya versələr də, əsas təkliflərin ortaya qoyulmadığını gördülər.

Nümayəndələr Palatasının 2 mütərəqqi qadın üzvü Barbara Li və Pramila Jayapal Newsweek-də Bayden təklifində yer almayan bəzi maddələrin olmasını tələb edən bir məqalə dərc edib.

"Genişləndirilmiş sosial yardım proqramları və işsizlik sığortası ilə yanaşı, insanları qazancdan üstün tutan milli, universal tək ödəyici bir sağlamlıq proqramına çağırırıq" - deyə, məqalədə yazılıb.

Seçki kampaniyası zamanı Bayden aktivistlərin tələbə borcları yükü altında mübarizə aparan insanlar üçün borc bağışlanması təşəbbüsü çağırışını etmişdi. Ancaq o, tələbə kreditlərinin tam ləğvini tələb edən partiyanın bəzi üzvlərinin çağırışını qəbul etməyib. Prezident hələ də ildə 125 000 dollardan az qazanan fərdlər üçün 10 000 dollar kreditlərin bağışlanmasını istəyir.

Mayın 20-də New York Times qəzetinə verdiyi müsahibəsində Bayden belə bir geniş proqramı dəstəkləmədiyini söyləyərək, bahalı özəl universitetlərə getməyi seçən tələbələrə ictimaiyyət tərəfindən subsidiya verilməməli olduğunu bildirib.

Bayden Obama tərəfindən imzalanmış və birjalarda satılan sağlamlıq sığortası - Əlverişli Baxım Qanunu (ACA) siyasətlərinə “ümumi bir seçim” əlavə edərək, səhiyyə xidmətini genişləndirmə vədi ilə kampaniya aparırdı.

Bayden dəfələrlə bu ölçünü ACA-nın mövcud təməlini “qurmaq” kimi xarakterizə edərək, Demokratlar Partiyasında müdafiə olunan hökumət tərəfindən maliyyələşdirilən bir tibbi sığorta proqramı - “Hər kəs üçün Medicare” yaratmaq çağırışlarını rədd edib.

Keçən həftə büdcə tələbi "amerikalılara əlavə, daha ucuz maliyyələşdirmə seçimləri təqdim etmək: ACA-ya bazarlar vasitəsi ilə açıq bir seçim yaratmaq; 60 və yuxarı yaşdakı insanlara Medicare proqramına indiki imtiyazlarla eyni müavinətlərlə, lakin Medicare Trust Fondundan ayrı bir maliyyələşdirmə ilə yazılma imkanı vermək” yer almışdı.

Lakin administrasiya belə bir proqram üçün əlavə maliyyə ayırmayıb.

Pandemiya dövründə işlərini itirən milyonlarla amerikalı üçün təşviqat aparan Bayden ştatdan ştata dəyişkən işsizlik sığortası proqramı yaratmağı, Vaşinqtonda iqtisadi tənəzzüllər zamanı avtomatik genişlənmənin əeyhinə olan partiya mübahisələrinin qarşısını alacağını vəd edib.

Bununla birlikdə, borcların azaldılması üçün administrasiya heç bir vəsait ayırmayıb. Bunun əvəzinə, rəhbərlik pandemiyaya qarşı səylərin “proqramı modernləşdirmək üçün geniş dəyişikliklər üçün zəmin hazırlamaq” olduğunu iddia edib.

XS
SM
MD
LG