Accessibility links

Namizəd Co Bayden təhlilçilərin nəzərində


Namizəd Co Bayden təhlilçilərin nəzərində
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden rəy sorğularına görə, prezident Donald Trampdan öndə getsə də, geniş elektorata müraciət edərək, noyabr seçkilərində qələbə əldə etmək istəyirsə, partiyanın proressiv qanadında birlik yaratmalıdır. Pandemiyanın davam etməsi ənənəvi tədbirlərin təxirə salınmasına səbəb olub.

Builki seçkilər digərləri kimi yüksək işsizlik səviyyəsi, sosial narazılıqlar və vurusa yoluxma təhlükəsinin insanlarda yaratdığı narahatlıqlar fonunda keçiriləcək.

Bütün bunlar prezident Trampın seçkilərin müqəddəratını həll edəcək ştatlarda keçirilən rəy sorğularında zəif göstəricilərinə təsir edən faktorlardır.

Respublikaçıların üstünlük təşkil etdiyi ənənəvi ştatlarda yaranmış vəziyyət Baydenin mənafeyinə xidmət edir.

"On il əvvələ baxsaq, heç vaxt düşünmək olmazdı ki, Arizona, Texas və hətta Corciya bu qədər rəqabətli ola bilər," Virciniya Universitetindən Larri Sabato bildirib.

Lakin bu il rəqabət var.

Bayden Barak Obamnın prezidentliyi dövründə vitse-prezident vəzifəsində çalışıb.

Senata 29 yaşında seçilən Bayden təcrübəli siyasətçidir.

"Sizə əcaib bir şey deyəcəyəm. Mən hökumətin işləməyə necə vadar edildiyini bilirəm," Bayden deyib.

"O, ilk xanımı və qızını avtomobil qəzasında itirməklə böyük bir faciə yaşamış bir insandır," Virciniya Universitetindən Barbara Perri deyib.

2015-ci ildə Bayden xərçəng xəstəsi olan oğlu Bonu itirib.

Şəxsi faciləri və siyasətdəki uzunmüddətli fəaliyyətləri bəlkə də onun opponentlərində daha əvvəki demokrat namizədə olduğu kimi düşmənçilik göstərməməsinin səbəbləridir.

Baydenin tərəfdarları belə onun xarizması olmadığını deyir. Analitiklər isə bunun namizədə problem yaradacağını düşünür.

"O, yumşaq insandır. Mülayimlik ona Trampdan daha çox zərər verə bilər. Bu isə insanlara dəqiq və fərqli seçim verir," Sabato bildirib.

Bayden bütün demokrat namizədləri məğlub etməklə çətin bir konkursdan keçib.

"Berni Sanders, Pit Butiçiç və Emi Klobuçarla mübarizədə o həqiqətən mötədil olub. O, ifrat solçu mütəfəkkiri deyil," Perri qeyd edib.

Baydenin vitse-prezident seçimi ona cazibəsini genişləndirmək imkanı verə bilər.

Seçicilərin bəziləri bu seçkilərdəki namizədlərin heç birindən razı qalmadıqlarını deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG